خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, August 09, 2018 Xəbər kodu : 34424

İmam Zamana (ə) dillə kömək etməyin yolu
İmam Zaman (ə) üçün dua etməyin çoxlu mənəvi bərəkəti vardır. İmam Zaman (ə) üçün dua etməyin faydalarından biri dua edənin qəlbinin nurani olması və Allahın parlaq nurundan nura almaqdır. İmam Zamanın (ə) nurunun möminin qəlbinə saçması günəşin parlaq nurundan daha işıqlıdır.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi xəbər verir:  İmam Zamanın (ə) fərəci və salamatlığı üçün dua etməyin mənəvi bərəkəti vardır. Onlardan xəbərdar olmaq müntəzirləri və Mehdiyə inanları bu işə (dua etmək) daha da təşviq və həvəsləndirər. (Kafi, c 1, s 194)

İmam Zaman (ə) üçün dua etməyin çoxlu mənəvi bərəkəti vardır. İmam Zaman (ə) üçün dua etməyin faydalarından biri dua edənin qəlbinin nurani olması və Allahın parlaq nurundan nura almaqdır. İmam Zamanın (ə) nurunun möminin qəlbinə saçması günəşin parlaq nurundan daha işıqlıdır. (Məkarimul-əxlaq, s 298)

Dua edənin ömürnün uzanması İmam Zaman (ə) üçün dua etməyin digər faydası və təsiridir. Bu haqda məsumlardan çoxlu hədislər nəql olunub.

İmam Höccət ibn Həsən (əleyhissalam) üçün dua etmək Allahın kömək və yardımını dua edənə ərməğan edir. İmamların (əleyhimussalam) köməyi dillə (dua etmək onun nümunələrindən biridir) Allahın yardımı adlanır. (Biharul-ənvar, c 45, s 257)

İmam Zaman (əccələllah taala fərəcəhu) üçün dua etmək dua edənin qiyamətdə İmam Əli (əleyhissalam) ilə birlikdə olmasına səbəb olur. Çünki İmam Zaman (ə) üçün dua etmək dua edənin imanının sabitliyinin və dində və Əhli-beytin (ə) məhəbbətində və İmam Zaman (ə) etiqadda sabit qədəm olmasının əlamətidir. Yuxarıda sadalanlar İmam Əli (ə) ilə birlikdə olmağa səbəb olur. (Kəmaluddin, c 1, s 303)

Mənbə:

Zəbure nur (İmam Mehdi (ə) haqda min  bir mövzu)

http://shabestan.ir/detail/News/720431

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده