خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, August 09, 2018 Xəbər kodu : 34423
Biz müntəzirik
Onun qeybdə olması hazır olmasını hiss etməyə zərər vurmur
Onun qeybdə olması hazır olmasını hiss etməyə zərər vurmur. O, zühur etməyib. Amma həm insanların qəlbində və gündəlik həyatlarında hazırdır. Onun hazır olmaması mümükündürmü? Həqiqi şiə bu hüzuru hiss edir və özünü Onun hüzurunda hiss edir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin verdiyi xəbərə görə Həsən Mollayinin qələmə aldığı "Biz müntəzirik (Həzrət Ayətullah Xameneinin təfəkküründə Məhdəviyyət günəşi) " kitabında " yazılır:

 İlk fikir: İmam Zamanın (əccələllah taala fərəcəhu) kiçik və böyük qeybəti

Kiçik qeybət qarışıq dövrdür

 Kiçik qeybət dövrü şiənin tarixinin ən qarşıq və həssas bir dövrüdür. İmamların (əleyhimussalam) həyatında bəzi şəxslərlə rastlaşırıq ki, bidət yaratdıqları və ya yalnış cərəyan təsis etdikləri və batil əqidəni təbliğ etdiklərinə görə İmamlar (əleyhimussalam) açıq-aşkar lənətlənmişlər. Məsələn: Əbul-xəttab kimi tanınmış Məhəmməd ibn Miqlas və ya Şəlməğani kimi tanınmış İbn Əbil-əzaqir (bu hadisə kiçik qeybət dövründə baş Verdi) və bir çox insanlar.

 Böyük qeybət dövrü; Şiələrin imamları ilə əlaqəsinin kəsilməsi və azğınlıq baş vermə təhlükəsi

 Qeybət dövrü başlayandan sonra, xüsusi ilə yetmiş dörd illik kiçik qeybət dövrünün sona çatmasından və şiələrin imamları ilə tamamilə əlaqəsinin kəsildiyindən sonra  bütün Əhli-beyt (ə) məktəbini təhdid edən təhlükələrdən biri də bu məktəbə aid olan insanlar qəsdən və ya səhvən azğınlığa və çaşqınlığa düçar olması idi. Bu məktəbə nəisə azalda və ya ona nəisə artıra bilərdilər və ya məktəbin əqidə üsulları zəiflədiyinə görə bəzi azğın əqidələrin ona qarışması.

http://shabestan.ir/detail/News/720798

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده