خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, August 09, 2018 Xəbər kodu : 34421

Dilin müntəzirlərin cəbhəsinə qoşulmaqda rolu
Allahın zikrini deyən, İmam Zamanı (ə) çağıran və İmamların (əleyhimussalam) adlarını zikr edən dil, dil günahlarından pak olmalıdır. İmam Zaman (əleyhissalam) dilini qoruyan və başqalarının abırını tökməyən insanı sevir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi xəbər verir: İntizar və müntəzir həyat tərzindən danışılan bəzi insanlar düşünürlər ki, intizar məqamına çatmaq və xüsusi bir həyat tərzinə sahib olmaq insanın bacarığını xaricindədir. Ümumiyyətlə Mehdi tərəfdarı və müntəzir olma məqamına hər insan çata bilməz.

Halbuki belə deyil. Müntəzir olmaq və müntəzir kimi yaşamaq üçün çətin və ağıla sığmayan işlər görməyə ehtiyac yoxdur. Belə deyil ki, müntəzir məqamın yalnız xas insanlar nail olsun. Bəlkə ideologiya və  əməllərə diqqət etmək və ilk baxışda çətin olmayan bəzi incəliklərə riayət etməklə müntəzir və Mehdi tərəfdarı məqaməna nail olmaq olar.

Müntəzir olmaq üçün ilk öncə dili qorumaq lazımdır. Biz bədən üzvlərimiz olan göz, qulaq, əl, dil, ürək və ………… Allahın neməti olduğunu və onlardan yalnız Allahın razılğı olduğu yolda istifadə etməyi anlamalıyıq.

İnsanın bədən üzvləri arasında dilin özünə məxsus xüsusiyyəti vardır. Günahların çoxu dilə qayıdır, xeyir əməllərin çoxu da dilə aiddir. Dildən həm günah, həm də savab üçün istifadə edə bilərik. 

 Allahın zikrini deyən, İmam Zamanı (ə) çağıran və İmamların (əleyhimussalam) adlarını zikr edən dil, dil günahlarından pak olmalıdır. İmam Zaman (əleyhissalam) dilini qoruyan və başqalarınnı abırını tökməyən insanı sevir.

http://shabestan.ir/detail/News/720797

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده