خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, August 09, 2018 Xəbər kodu : 34420

Təməttö həccində saçı azaltmağın və dırnağı kəsməyin hikməti nədir?
Şəbistan xəbər agentliyi: Təməttö həccində saçı azaltmağın və dırnağı kəsməyin hikməti budur ki, insan Allaha bəndəçilik məqamında öz zahiri gözəlliklərindən keçir. Beləliklə də, nəfsani istəklərinə yox deyir.

Şəbistan xəbər agentliyi: Təməttö və Ümrə həccinin vacib əməllərindən biri saçı azaltmaqdır. Saçı azaltmaqla və dırnağı kəsməklə insana haram olanların çoxu halal olur. Onun hikməti budur ki, insan Allaha bəndəçilik məqamında öz zahiri gözəlliklərindən keçməli olduğunu bilsin. Beləliklə də, nəfsani istəklərinə yox deməyi öyrənsin. Habelə ilahi qanunlar qarşısında təslim olmağı öyrənsin.

Mümkündür ki, onun bir hikməti də bu olsun ki, hacı bu məsələyə diqqət etməlidir ki, saçını ya dırnağını bədənindən kəsib atdığı kimi mərhəmətli Allah da onun xalis niyyətinə və əməllərinə xatir günahlarını bağışlayır və ruhunu çirkinliklərdən pak edir. Ya da insana öyrədir ki, bədənini saç və dırnaqdan təmizlədiyin kimi ruhunu da çirkinliklərdən təmizlə.

İmam Səccad (ə) Şəbliyə ki, həcc əməlini yerinə gətirmişdi, buyurdu: Saçını kəsdikdən sonra niyyət edirsən ki, çirkinliklərdən və günahlardan pak olasan. Elə bil anadan təzə doğulursan.

Rəmy cəmaratda olduğu kimi ki, şeytana daş atırsan ki, onu özündən uzaqlaşdırasan. Mütəal Allah Rəmy cəmaratda bizə şeytana daş atdırmaqla bunu öyrədir ki, həyatınızın hər bir anında şeytanı özümüzdən uzaqlaşdırmağı bacaraq. Eləcə də saçımızı kəsməklə bizə öyrədir ki, günahlarımızdan uzaqlaşaq.

http://shabestan.ir/detail/News/712430

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده