خبرگزاری شبستان

دوشنبه ۳۰ مهر ۱۳۹۷

الاثنين ١٢ صفر ١٤٤٠

Monday, October 22, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, August 08, 2018 Xəbər kodu : 34418
Höccətül-islam Qəraəti:
İqrar etməyilik ki, Məhdəviyyət sahəsində səhlənkarlıq olub
Hövzənin görkəmli ustadı tələbə və ruhanilərin məhdəviyyətə daha çox diqqətinin vacibliyinə təkid edərək, dedi: Din təbliğatçıları İmam Zamanı (ə) tanımadan insanları hidayət edə bilməzlər. İqrar etməliyik ki, Məhdəviyyət sahəsində səhlənkarlıq olub.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi Müqəddəs Cəmkəran məscidindən xəbər verir: Dünən Müqəddəs Cəmkəran məscidinin İmam Xomeyni ® binasında Höccətül-islamlar Qəraəti, Rəhimiyan, Müctəba Kəlbasi və ölkənin məhdəviyyət sahəsində fəal olan şəxslərin iştirakı ilə “Məhdəviyyət fəaliyyətləri mərkəzinin” dördücü iclası keçirildi.

Hövzənin görkəmli ustadı Höccətül-islam vəl-müslimin Qəraəti tələbə və ruhanilərin məhdəviyyətə daha çox diqqətinin vacibliyinə təkid edərək, dedi: Məhdəviyyət dərsi hövzənin dərslərindən biri olmalıdır. Əgər hövzədə Məhdəviyyət sahəsində gərəkli işlər görülməsə, bu sahədə lazımı nəticəni əldə edə bilməyəcəyik.

 O, davam etdi: Məhdəviyyət dərsi hövzədə elə formada tədris olunmalıdır ki, əgər bir tələbə dini təhsilini davam etdirmək istəməsə belə Məhdəviyyət sahəsində tam məlumat əldə etsin.

 Hövzənin görkəmli ustadı Höccətül-islam Qəraəti  ruhanilərin məhdəviyyətə daha çox diqqətinin vacibliyinə təkid edərək, dedi: Din təbliğatçıları İmam Zamanı (ə) tanımadan insanları hidayət edə bilməzlər. Bir insan hansısa bir sahədə rəhbər və öncül olmaq istəyirsə, bu sahə haqqında hamıdan çox məlumatı olmalıdır.

 Hövzənin görkəmli ustadı Höccətül-islam vəl-müslimin Qəraəti təkid etdi: İqrar etməliyik ki, Məhdəviyyət sahəsində səhlənkarlıq olub. Bu mövzu lazımı qədər cəmiyyət üçün açıqlanmayıb.

http://shabestan.ir/detail/News/720647

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده