خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, August 08, 2018 Xəbər kodu : 34415

Dəhvül-ərz eşqin tapıldığı və bütün aləmə od vurduğu gündür
Şəbistan xəbər agentliyi: Dəhvül-ərz Həzrət İbrahim (ə) və Həzrət İsanın (ə) təvəllüdü ilə eyni günə təsadüf edir. Habelə Dəhvül-ərz gününü yerin Kəbənin altından genişlənməsi kimi məna ediblər. Beləliklə, hər kəs bu gündə oruc tutsa, altımış ay tutmuş kimi olur.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Dəhvül-ərz günü Əhli-beytin (ə) diqqət mərkəzində olmuşdur. Bu günün fəziləti və əməlləri barədə hədislər nəql olunmuşdur.

Müqəddəsləşmək yalnız mələklərə və pərhizkar insanlara məxsus deyil. Allah istədiyi vaxt məkan, zaman və zahirdə cansız görsənən varlıqlar da müqəddəsləşə bilərlər. Mələklərin və insanların əhəmiyyət və ehtiramları ilə də qarşılaşa bilərlər. Zilqədə ayının 25-ci günü Dəhvül-ərz günüdür.

Böyük arif Seyyid İbn Tavusun dediyinə əsasən, Allahın qəbul etmə vaxtlarının sirləri vardır. Onlar ayə və hədislərdən başqa bir şeylərlə tanınmazlar.

Uca Allah belə bir gündə yeri Adəmin övladlarının məskunlaşması vıə onun üzərində yaşamaları üçün hazır etdi. Bizim ruzilərimiz və Allhaın nemətləri bu gündə geniş şəkildə yayılmışdır. Allahın nemətlərini sayıb qurtarmaq olmaz. Həmçinin onların şükrünü yerinə gətirmək olmaz. Əgər sən Dəhvül-ərz gününün böyüklüyü barədə düşünsən, heyran olarsan.  

Dəhvül-ərz Həzrət İbrahim (ə) və Həzrət İsanın (ə) təvəllüdü ilə eyni günə təsadüf edir.  Habelə Dəhvül-ərz gününü yerin Kəbənin altından genişlənməsi kimi məna ediblər. Beləliklə, hər kəs bu gündə oruc tutsa, altımış ay tutmuş kimi olur.

http://shabestan.ir/detail/News/720519

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده