خبرگزاری شبستان

دوشنبه ۳۰ مهر ۱۳۹۷

الاثنين ١٢ صفر ١٤٤٠

Monday, October 22, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, August 08, 2018 Xəbər kodu : 34414

İmam Rzanı (ə) ziyarət etmək yetmiş min vacib həccə bərabərdir
Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Hairizadə dedi: Səkkizinci İmam (ə) hacətləri olan ehtiyaclarını çox tez bir zamanda cavablandırır. Hədislərə əsasən, o Həzrəti ziyarət etmək yetmiş min vacib həccə bərabərdir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Hairizadə İmam Rzanın (ə) ziyarət gecəsinə aid gecəsində keçirilən xüsusi proqramda dedi: Pak İmamların arasında İmam Hüseyn (ə) və İmam Rzanı (ə) ziyarət etmək barədə çoxlu tövsiyələr olunmuşdur.

O, əlavə etdi ki, Səkkizinci İmam (ə) hacətləri olan ehtiyaclarını çox tez bir zamanda cavablandırır. Hədislərə əsasən, o Həzrəti ziyarət etmək yetmiş min vacib həccə bərabərdir.

Bu ekspert sözünü belə davam etdirdi: İnsanın problemləri çoxaldıqca Müqəddəslərə etdiyi təvəssülləri də çoxalmalıdır. Mərhum Ayətullah Şeyx Mürtəza Tehrani bu gün Əhli-beytin (ə) mərasimlərini bərpa etməyi çox vacib məsələlərdən hesablayır.   

Höccətül-islam vəl-müslimin Hairizadə Səkkizinci İmamın Rza adı ilə adlandırılması barədəki bir hədisə istinad edərək dedi: O Həzrətin Rza adı ilə adlandırılmasının səbəbi budur ki, Allah istəyir ki, bəndələr İmam Rzanın (ə) vasitəsi ilə Allahdan razı olsunlar.

O, bəndələrin hacətlərinin növünə işarə edərək dedi: Bəndələr İmam Rzanı (ə) yalnız dünyəvi işlər üçün istəməməlidirlər. O Həzrətin özünü Allahdan istəməlidirlər. İnsanın həqiqi istəyi və İmam Rzaya (ə) eşq və məhəbbəti Allaha xatir olmalıdır. Bu arada hacətləri yerinə yetsə də yetməsə də  şükr etməlidir.

http://shabestan.ir/detail/News/720506

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده