خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Monday, August 06, 2018 Xəbər kodu : 34410

Həccin savabına necə şərik olaq?
Şəbistan xəbər agentliyi: Həccin savabına necə şərik olmaq barədə faydalı mətləblər qeyd olunmuşdur.

 Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, müstəhəbbi namazlardan biri Zil-hiccə ayının ilk on gecəsində qılınması tövsiyə olunan namazlardır. Bu namazda İxlas surəsindən sonra Əraf surəsinin yüz qırx ikinci ayəsi oxunmalıdır. Bu namaza "Və vaədna" namazı da deyilir. İmam Baqirdən (ə) nəql olunan hədisə əsasən, bu namazı qılan şəxsə həcc əməllərinin savabı da veriləcək.

Bu namazı qılmaq beş dəqiqədən az çəkir. Doğru, mötəbər və mütəvatir hədislərə əsasən, bu namazı qılan şəxs bütün hacıların savabına şərik olar. Bir halda ki, onların savabından heç bir şey azalmaz.

"Məğrib və İşa namazları arasında iki rükət namaz qılınar. Hər rükətdə Həmddən sonra Tövhid surəsi və ondan sonra mübarək Əraf surəsinin yüz qırx ikinci ayəsi oxunmalıdır. "Və vaədna Musa səlasinə ləylətən və ətməmnəhə biəşrin fətəmmə miqatu Rabbihi ərbəinə ləylətən və qalə Musa liəxihi Hərunəx-lufni fi qavmi və əslih vəla təttəbi səbiləl-mufsidin".

Ayənin tərcüməsi: "Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!"http://shabestan.ir/detail/News/720119

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده