خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, August 05, 2018 Xəbər kodu : 34400

Məscidün-Nəbinin qapılarının çox olmasının səbəbi
Şəbistan xəbər agentliyi: Zəvvarlar və Mədinəyə səfər edənlər üçün diqqət çəkici və sual doğuran məsələlərdən biri Məscidün-Nəbinin qapılarının çox olmasıdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra bu şəhərdəki ilk günərindən məscid tikməyə başladı. Peyğəmbərin (s) zamanında Məscidün-Nəbi min əlli metr idi. Məscidin yeri qumla tavanı isə xurma ağacının budaqları ilə örtüldü. Onun sütunları da xurma ağacının gövdəsindən idi. Bu məscid tikildiyi zaman giriş və çıxış üçün neçə qapısı var idi. Hicrətin üçüncü ilinə qədər belə idi. O zamandan sonra üstün şəxsiyyət sahibi olan bəzi səhabələri məscidin kənarında özləri üçün ev tikdilər. Bu evlərdən bir qapı çölə və bir qapı da məscidə açılırdı. Hicrətin üçüncü ilində Peyğəmbərin (s) göstərişi ilə Həzrət Əlinin evindən məscidə açılan qapıdan başqa digər bütün qapılar bağlandı.

Zəvvarlar və Mədinəyə səfər edənlər üçün diqqət çəkici və sual doğuran məsələlərdən biri Məscidün-Nəbinin qapılarının çox olmasıdır.

Müsəlmanlar müəyyən adları olan qapılardan Məscidün-Nəbiyə gəlib gedirdilər. Zamanın keçməsi ilə bu qapıların sayı azalıb çoxalmışdır. Bununla belə mövcud olan qapıların bəziləri həmin əvvəlki qapılardır.

Məscidün-Nəbinin qapıları:

Cəbrayıl qapısı

Rəhmət qapısı

Salam qapısı

Nisa (qadınlar) qapısı

Bəqi qapısı

Peyğəmbərdən (s) sonra xəlifələr bir-birinin ardınca Məscidün-Nəbini abadlaşdırmağa başladılar. Daxili və xaricə məsafəsindən əlavə, onun qapılarını da artırdılar.

Bu gün Məscidün-Nəbini gözəl zahirə və islami memarlığa sahibdir ki, yeddi əsl qapısı və 81 girişi vardır.

http://shabestan.ir/detail/News/720105

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده