خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Saturday, August 04, 2018 Xəbər kodu : 34397

Allaha doğru dəvət edənlər insanları birliyə dəvət etməkdə müvəffəqdirlər
Şəbistan xəbər agentliyi: Xobrəqan məclisinin nümayəndəsi dedi: Allaha doğru dəvət edənlər tez inciməkdən və hövsələsizlikdən uzaq olaraq, mülayim və şirin dil ilə başqalarını haqqa dəvət edirlər. Buna görə də Allaha doğru dəvət edənlər insanları birliyə dəvət etməkdə müvəffəqdirlər.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Xobrəqan məclisinin nümayəndəsi və Nigəhban şurasının üzvü Möhsin İsmaili Nəhcül-bəlağəni şərh edərkən dedi: Quran müxtəlif ayələrdə təkid edir ki, insanların arasında fikir və səliqə ayrılığı təbii bir işdir. Buna görə də bərabər olmaq və bərabər əməl etmək Allahın və Quranın istəyi deyil. Çünki əgər Allah istəsəydi, bütün insanları bərabər və heç bir fərq olmadan yaradardı.

O, əlavə etdi ki, indi bu sual edilir ki, niyə Həzrət Əli (ə) birliyə və camaat arasında mehriban olmağa təkid edir və buyurur ki, mən birliyə və camaat arasında mehriban olmağa hamıdan hərisəm? Bu fikrin insanlar arasında fərqliliyin olması ilə ziddiyyəti yoxdur?

İsmaili təkid etdi ki, birlik və mehriban olmaq fərqliliyi rəsmiyyətə tanımaqdır. Birlik fərqliliklə qarşılaşdıqda məna tapır. Buna görə də birlik və mehribanlıqdan məqsəd odur ki, fikri fərqliliklər ixtilaf və çaxnaşmaya səbəb olmamalıdır.

O, qeyd etdi ki, fərqliliklərin çaxnaşmaya səbəb olmaması üçün onları idarə etmək lazımdır. Fərqliliklər İslam ümmətinin bir-birindən ayrılmasına səbəb olmamalıdır. Buna görə də müsəlmanlar bir-birlərini dialoqa dəvət etməlidirlər.

 

http://shabestan.ir/detail/News/719906

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده