خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, August 04, 2018 Xəbər kodu : 34394

İŞİD-in kökü niyə kəsilmir?
Suriya ordusu ölkənin cənubunda İordaniya və İsrail sərhədində sonuncu məntəqəni, İŞİD-in nəzarətində olan Tasil rayonunu da azad edib. Hazırda hökumət qüvvələri cənub sərhədlərinə tamamilə nəzarət edir.

 

 

Suriya ordusu ölkənin cənubunda İordaniya və İsrail sərhədində sonuncu məntəqəni, İŞİD-in nəzarətində olan Tasil rayonunu da azad edib. Hazırda hökumət qüvvələri cənub sərhədlərinə tamamilə nəzarət edir. İndi əməliyyatlar qismən Dəra bölgəsinə yaxın Suveyda rayonundakı İŞİD mövqelərinə qarşı aparılır. Hansı ki, ötən həftə məhz Suveyda əyalətində İŞİD qəflətən kəndlərə hücum edərək genişmiqyaslı terror aktı törətmişdi.

Qeyd edək ki, iyulun 25-də İŞİD-in Suveyda rayonunda törətdiyi terror aktları nəticəsində 246 nəfər ölüb. Terror təşkilatı 20 qadın və 16 azyaşlını girov götürüb. Ötən gün isə Dəməşqin şimalında Dumeyr hərbi bazası yaxınlığında hökumət qüvvələrinə hücum təşkil edən İŞİD silahlıları ərazinin təhlükəsizliyinə cavabdeh olan general-mayor Nədim Əsəd və 10-dan artıq hərbçini öldürüb.

İŞİD-in bu şəkildə qəfil peyda olması yeni hadisə deyil, necə deyərlər, heç kimdə təəccüb doğurmur. İŞİD yarandığı gündən bu cür qəfil hücumları ilə “məşhurlaşıb”. Hiss olunur ki, Suriyada son zamanlar hökumətin ciddi basqıları ilə üzləşən qruplaşma bir növ qisas aksiyaları təşkil edib. Bu ilin əvvəlində İraqın Anbar vilayətində, daha sonra Kərkükdə qisas aktları törədildi. Bunun da əsas səbəbi həm öz tərəfdarlarını ruhlandırmaq, hələ tamam sıradan çıxmadığını göstərmək, həm də düşmənlərini sarsıtmaq, insanlarda qorxu hissi yaratmaqdır.

Ancaq bu hücumların doğurduğu əsas sual ondan ibarətdir ki, dünyanın az qala bütün ölkələrinin səfərbər olduğu, böyük hərbi koalisiyaların qurulduğu İŞİD-i sıradan çıxarmaq mümkün olmur. Hətta böyük şəhərləri itirən, dalbadal məğlub olan qruplaşma yenidən meydana çıxa bilir.

Bu meydanaçıxmalar isə İŞİD tarixində çoxdur. 2004-cü ildə İraqın ABŞ ordusu tərəfindən işğalına qarşı mübarizə məqsədilə “əl-Qaidə”nin İraq qolu olaraq yaranıb, ikinci dəfə isə Suriyada 2011-ci ildə peyda olub və bu dəfə B.Əsəd ordusuna qarşı savaşıb. Ancaq az sonra qruplaşma tutduğu ərazilərdə dövlət yaratdığını bəyan edib və ardınca İraq və Suriyada böyük əraziləri, Mosul, Raqqa kimi böyük şəhərləri işğal ediblər.

2017-ci ildə Mosul şəhəri İŞİD-dən geri alınıb və noyabrda qruplaşmanın ləğv edildiyi elan olunub. Ancaq bundan sonra məlum olub ki, İŞİD artıq “yer altına” çəkilib və terror hücumları və sui-qəsdlər həyata keçirir. Qruplaşmanın daha əvvəl İraqda məğlub olduqdan sonra İŞİD-in digər “filialları” olan Liviyada Benqazi şəhəri yaxınlığı, Misirdə Sina yarımadası, Yəməndə, Əfqanıstanda və Nigeriya kimi ölkələrə “daşınacağı” proqnozlaşdırılsa da, qruplaşma hələ də İraqda varlığını qoruyub saxlayır. Çox güman ki, İŞİD və onu idarə edənlər yenidən üzə çıxmaq üçün növbəti xaos dövrünü gözləyir. Buna qədər isə vaxtaşırı olaraq “varlıqlarını” qanlı formada İraqa və bütün dünyaya xatırladırlar.

İŞİD və bənzər silahlı qrupların ortaya çıxması və hər dəfə ağır zərbə aldıqdan sonra toparlanıb ortaya çıxması, güc qazanması ilk növbədə ölkələrdəki siyasi şərtlərlə izah olunmalıdır. Çünki birincisi, inqilab başlayan ölkələrdə uzun illər davam edən avtoritar rejimlər siyasi institutları məhv etdiyi üçün (yalnız Tunis və Misirdə qismən də olsa siyasi partiyalar və QHT-lər qalırdı) başlayan inqilabi proseslərin fonunda yaranmış təşkilatlanma boşluğunda radikal islamçılar ortaya çıxdılar.

Həm Liviyada, həm də Suriyada hakimiyyətə qarşı silahlı müxalifətə xarici ölkələr də dəstək verdi və nəticədə daha fəal və bu hadisələrə “müqəddəs cihad” kimi yanaşan islamçı qrupların sayı və gücü sürətlə artdı. Çünki həmin vaxt Qərb dövlətləri də diktatorların devrilməsi üçün silahlı müxalifətə - dinə yanaşmasından asılı olmayaraq - dəstək verdi. Qərb yalnız iş-işdən keçəndən sonra radikal islamçı qrupların fərqində oldu, onda isə artıq gec idi.

Məsələ ondadır ki, radikal islam amili müsəlman ölkələri üçün həmişə aktual problem olub. Çünki sosial ədalətsizliyin, yoxsulluğun, avtoritarizmin mövcud olduğu yerdə istər-istəməz alternativ güc özünü fəda etməyə hazır olan siyasi İslam olub. Siyasi iştirakdan, özünü təsdiqləmək imkanından, normal şərtlərdə həyatını yaşamaqdan məhrum qalan müsəlmanların (xüsusən də gənclər) üz tutacağı ünvan radikal qruplardır. Bu “təcrübəni” ötən əsrin 60-70-ci illərində Əfqanıstanda başlayan müharibədə ortaya çıxan “əl-Qaidə” nümunəsi təsdiqləyib.

Hər nə qədər maddi maraq, macəraçılıq elementləri olsa da, nəticə etibarı ilə bu tip təşkilatların mayasını barışmaz, radikal mübarizə ideyaları təşkil edir. Bu ideyalar isə avtoritar ölkələrdə daha yaxşı cücərir.

Kənan Rövşənoğlu

musavat.com

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده