خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Saturday, August 04, 2018 Xəbər kodu : 34393

Salavat zikrini tərk etməyin ki, Allahın rəhməti sizə də şamil olsun
Salavat zikri ən çox eşitdiyimiz və bildiyimiz bir zikirdir. Lakin bu zikrin fəziləti və mənəvi bərəkəri barədə, zikr müqabilində Allahın insana nələr bəxş etdiyini tam bilmirik. Hətta hədislərdə qeyd olunur ki, bu zikrin savabını yazmaqda belə mələklər də acizdir.

Allahummə salli alə Muhəmmədin və Ali Muhəmməd

 

İslaminSesi.info – Salavat zikri ən çox eşitdiyimiz və bildiyimiz bir zikirdir. Lakin bu zikrin fəziləti və mənəvi bərəkəri barədə, zikr müqabilində Allahın insana nələr bəxş etdiyini tam bilmirik. Hətta hədislərdə qeyd olunur ki, bu zikrin savabını yazmaqda belə mələklər də acizdir.

 

Qurana əsasən bilir ki, Allah və mələklər belə peyğəmbərə salam və salavat göndərir. Təbbi ki, Allahın salavat göndərməsi tam başqadır. Quran buyurur:

 

“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə salam (salavat) göndərirlər. Ey iman gətirənlər! Siz də ona salam (salavat) göndərin və tamamiliə təslim olun. (Əhzab-56)

 

Salavat zikri və bu zikrin əzəməti barədə İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir:

 

“Salavat Mütəal Allah tərəfindən rəhmət, mələklər tərəfindən bağışlanılma, insan tərəfindən bir duadır”.  (Təfsiri Safi)

 

İmam (ə) salavat zikrində 3 mətləbə işarə edir:

 

1-Allah tərəfindən rəhmət olmasına. İnsan bu zikri deməklə Allahın, yeri və göyü əhatə edən rəhmətindən nəsib əldə edir.

2- Mələklər tərəfindən bağışlanılma olmasına. Mələklər salavat zikr edən üçün Allahdan bağışlanma diləyirlər.

3- İnsan tərəfindən bir duadır. İnsan bu zikrlə Rəbbinə xitab edir, üsiyyətə girir. Rəbbi ilə qəlbən rabitə qurur. Dua edir. Bu duanın bərəkəti onunda halına şamil olur.

 

Salavat zikr etmək üçün xüsusi zamana və göstərişə ehtiyac yoxdur. İnsan hər vaxtda, hər işində, hər addımında bu bərəkətli zikri deyə bilər. Salavat zikrini tərk etməyək ki, hədisdə deyilən rəhmət, bağışlanılma və dua halı bizimdə nəsibimiz olsun:

 

Allahummə salli alə Muhəmmədin və Ali Muhəmməd

 

Yaşar Nuriyev

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده