خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, August 03, 2018 Xəbər kodu : 34387

Tehran cümə namazı xütbələri
Şəbistan Xəbər Agentliyi: Tehranın müvəqqəti imam cüməsi amerikalıların müzakirə adamı olmadığını bildirib və deyib: Əgər bir gün müzakirə qərarı alınarsa belə, ABŞ-ın hazırkı hökuməti və prezidenti ilə müzakirə imkanı yoxdur.

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Tehranın müvəqqəti imam cüməsi höccətülislam vəlmüslimin Kazım Sədiqi bu gün Tehranın cümə namazı xütbələrində ABŞ prezidentinin heç bir ilkin şərt olmadan İran ilə müzakirələrin aparılmasına hazır olmasına dair təklifinə münasibət bildirib və deyib: ABŞ-ın nüvə anlaşmasından çıxması bu ölkənin hazırkı hökuməti ilə istənilən müzakirəni qeyri mümkün edib.

 

ABŞ prezidenti Donald Tramp bazar ertəsi heç bir ilkin şərt olmadan İran ilə müzakirələrə hazır olduğunu iddia edib. Bu hiyləgərliyinə baxmayaraq, Tramp 8 may tarixində İran ilə nüvə anlaşmasını dəhşətli, faydasız və ABŞ üçün zərərli anlaşma adlandıraraq, bu anlaşmadan çıxdığını və İrana qarşı nüvə sanksiyalarının yenidən bərpa olunacağını bildirdi.

 

Tehranın müvəqqəti imam cüməsi daha sonra 5 avqust, İslam İnsan Haqları Gününə işarə edib və deyib: Qərblilər insan haqları müdafiəçisi deyillər. Allahın haqq bildiyi insan haqlarıdır və bütün insanlar bərabər hüquqa malikdirlər.

 

Höccətülislam Kazım Sədiqi daha sonra Suriya və Yəmən ordusunun terrorizm ilə mübarizədəki qələbələrinə habelə, ABŞ və İsrailin ardıcıl məğlubiyyətlərinə işarə edib və deyib: Tezliklə Ərəbistanın himayəsində olan terrorçulara öldürücü zərbə endiriləcək.

 

 

http://shabestan.ir/detail/News/719676

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده