Şəbistan Xəbər Agentliyi xəbər verir ki, müqəddəs ziyarətgahlarla iş üzürə dövlət komitəsinin İranın Kerman şəhəri üzrə nümayəndəsi Höccətül - islam vəl - müsliminMəhəmməd Əbdali Təkəli rəsmi görüşlərin birində məscidin müasir dövründəki funksiyalarından və imam camaatin bu sahədəki rolundan danışaraq dedi: Bizim qənaətimizə görə məsciddə birinci (ilk) və son sözü imam camaat deməlidir.
Son zamanlar məscidin rolunda müşahidə edilən zəifliyin səbəblərindən biri də bu sahədə dövlət proqramının zəif olmasıdır. Qədimə məscidin cazibədarlığı daha çox idi, əlavə olaraq məscidin özü də gəncləri cəlb etmək içün rəngarəng proqramlara malik olmalıdır, bunun içün isə ruhanilər və məscid imamları araşdırmaçı olmalı, mütaliə əhli və müasir günün tələblərinə uyğun şəkildə məlumatlara yiyələnməlidirlər.
Məscidlər müxtəlif sahələrdə insanları qidalandırmalıdırlar, əgər düzgün əməl edərlərsə həmən yeri və ərazini mənəvi cəhətdən sığorta etmiş olarlar.
Biz məscidlərin incəsənət xadimlərini tərbiyə etməliyik, onlar məscid və din sahəsində fəaliyyət göstərməlidirlər.
http://shabestan.ir/detail/News/719137