خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, July 29, 2018 Xəbər kodu : 34337

 

 

Qurani-Kərimin “Məaric” surəsinin 23-35-ci ayələrində doqquz xüsusiyyətdən söz açılır və həmin xüsusiyyətə sahib olanlara behişt vəd edilir. Həmin ayələrdə belə buyurulur:

الَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ دَائِمُونَ. وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ. لِّلسَّائِلِ وَالْمَحْرُومِ. وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ. وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ. إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ. وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ. إِلَّا عَلَى أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ. فَمَنِ ابْتَغَى وَرَاء ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ. وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ. وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَ. وَالَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ يُحَافِظُونَ.

O kəslər ki, daim namaz qılarlar;

O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır – dilənən və məhrum olan kimsə üçün;

O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;

O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər. Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz;

O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar – zövcələri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır;

O kəslər ki, əmanətə xəyanət etməz;

Verdikləri sözü yerinə yetirərlər;

O kəslər ki, düzgün şəhadət verərlər;

Və o kəslər ki, namazlarını (layiqincə) qoruyarlar.

Bəli, bu xüsusiyyətlərin sahibi behiştlə müjdələnir və 35-ci ayədə belə buyurulur:

أُوْلَئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَ

“Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!”

Diqqəti cəlb edən odur ki, bu doqquz xüsusiyyət namazla başlayıb namazla da sona yetir; bu fərqlə ki, ilk mərhələ daimi namaz qılmağa, növbəti mərhələ isə namazı, onun ədəb qaydaları, şərtləri və xüsusiyyətlərini, qəlbin iştirakından ibarət olan namazın ruhu və həqiqətini layiqincə hifz etməyə, haram mal yemək, qeybət etmək, yalan danışmaq və bu kimi onun qəbuluna mane olan əməllərin aradan qaldırılmasına aid edilir.

Bir sözlə, namaz həm yaxşı əməllərin başlanğıcı, həm də sonudur. Zaman baxımından da yetkinlik həddinə çatmış insana vacib olan ilk əməl namaz olduğu kimi, ömrünün sonuna qədər onun boynundan götürülməyən əməl də namazdır.

Diqqət yetirməliyik ki, insan namazı layiqincə qorumağa vəzifəli olduğu kimi, namaz da insanı çirkinliklərdən, pis əməllərdən qoruyub-saxlayır. Bu haqda “Ənkəbut” surəsinin 45-ci ayəsində belə buyurulur:

وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَر

“…Namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...”

Sual oluna bilər ki, nə üçün bir ömür namazqılan insan yenə dəpis əməllərə batır, günaha yol verir?

Cavab budur ki, əgər doğrudan da, ruhu və həqiqəti qorunan, qəlbin iştirakı ilə qılınan namaz, doğrudan da, insanı günahlardan qoruma iqtidarına sahibdir. Yoxsa, bizim qıldığımız namaz əsl namazın zahiri formasının oxşarıdır. Bir çoxları yalnız namazın son cümləsində xatırlayır ki, namaz qılırmış. Çox vaxt yada düşməyən işlər namazda yada düşür və namaz boyu bu işlər götür-qoy edilir. Əslində, namaz adlandırdığımız bu əməlhəqiqi namazın zahiri formasının bənzəridir. Yoxsa, həqiqi namaz insanı pis və çirkin işlərdən uzaqlaşdırır! Bir də, nsanı Allaha yaxınlaşdıran qəlb halətidir. Zahiri gözəllik yalnız batini gözəlliyi tamamlamaq üçündür. Namazın ruhu isə qəlbin iştirakından ibarətdir. Əgər namazda qəlb iştirak etmirsə, bu namaz ruhsuzdur və ruhsuz bir işdən lazımınca faydalanmaq mümkünsüzdür. (“Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.177-178.)

Bu mövzunu Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədislə sona yetiririk:

مَنْ حَافَظَ عَلَيْهَا كَانَتْ لَهُ نُوراً وَبُرْهَاناً وَنَجَاةً مِنَ النَّارِ يَوْمَ الْقِيَامَةِ

“Hər kim namazı (layiqincə) qoruyarsa, namaz onun üçün aydınlıq, agahlıq və qiyamət günü qurtuluş vasitəsi olacaqdır.” (“Ruhul-bəyan”, 10-cu cild, səh.167; “Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.84-85.)

Rza Şükürlü (Maide.az)

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده