خبرگزاری شبستان

سه شنبه ۳۰ بهمن ۱۳۹۷

الثلاثاء ١٤ جمادى الثانية ١٤٤٠

Tuesday, February 19, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, July 29, 2018 Xəbər kodu : 34336

Tehran cümə namazı xütbələri
Şəbistan Xəbər Agentliyi: Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani Tehranın bu həftəki cümə namazı xütbələrində namazqılanları ilahi təqvaya riayət etməyə çağıraraq ölkənin iqtisadi problemlərinə münasibət bildirib və hökumət, parlament və məhkəmə hakimiyyətinin xalqın problemlərinin aradan qaldırılmasında vəzifəsinin ağır olduğunu bildirib.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Tehranın müvəqqəti imam cüməsi deyib: Terrorçu Münafiqlər qruplaşması İranı işğal etmək və İslam hökumətini devirmək niyyətində idi. Lakin islam ordusu Mirsad əməliyyatında meydana daxil oldu və münafiqlər məhv edildilər.

1988-ci il 27 iyulda Mirsad əməliyyatı İraqın edam edilmiş diktatoru Səddam rejimi tərəfindən dəstəklənən terrorçu Münafiqlər qruplaşmasının hücumları ilə mübarizə aparmaq niyyəti ilə İranın qərbində Kirmanşah vilayətində başlandı.

 

Bu əməliyyat İranın qərbində Pataq (Mirsad) boğazında terrorçu Münafiqlər qruplaşmasının çoxlu ünsürlərinin mühasirəyə alınması ilə iki gün davam etdi və iki mindən çox ündür öldürüldü və bu terror qrupunun məğlubiyyəti ilə başa çatdı.

 

Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani Tehranın bu həftəki cümə namazı xütbələrində həmçinin namazqılanları ilahi təqvaya riayət etməyə çağıraraq ölkənin iqtisadi problemlərinə münasibət bildirib və hökumət, parlament və məhkəmə hakimiyyətinin xalqın problemlərinin aradan qaldırılmasında vəzifəsinin ağır olduğunu bildirib.

 

Tehranın müvəqqəti imam cüməsi xütbənin davamında ölkənin hazırkı şəraitinin diqqətli idarəetmə strukturuna yenidən baxmağı tələb etdiyini bildərərək deyib: İranın iqtisadi inkişafı üçün bütün bölgələrin potensiallarından faydalanmaq önəmlidir.

 

http://shabestan.ir/detail/News/718356

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده