خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Saturday, July 28, 2018 Xəbər kodu : 34330

“Eşq dəxili” müntəzir eşq hekayəsi
Məyrəm Bəsirinin yazdığı “Eşq dəxili” romanı Rza adlı bir vetrana aşiq olmuş tibb bacısının əhvalatından danışır. Bu kitab Müqəddəs Cəmkəran nəşriyyatı tərəfdən çap olundu və bazara yollandı.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi Müqəddəs Cəmkəran məscidinə istinadən xəbər verir: Məryəm Bəsirinin yazdığı “Eşq dəxili” kitabı hekayə kitablarından biridir. Bu əsər Müqəddəs Cəmkəran məscidinin nəşriyyatı tərəfdən çap olunmuşdur və hal-hazırda bazarda mövcuddur.

 Bu roman Səburə adlı bir qadının Həzrət İmam Rzaya (ə) müqəddəs müdafiə yadigarından biri ilə ailə qurmaq üçün dəxil olması hadisəsini nəql edir. “Eşq dəxili” romanı bir tibb bacısının vetrana aşiq olma hadisəsisini nəql edir. Amma onu həyası və abırı eşqini aşkar etməyə mane olur. Amma Rza dünyasını dəyişir. Səburə tək qalır. Bir müddətdən sonra bir şəxs ona elçi düşür.

 Bu roman bundan öncə üç dəfə çap olunmuşdur. İndi isə yazıçının əlavələri və islahatı ilə yenidən çap olundu. Bu əsər “Qələmi zərrin” festivalına, “Şəhid Qənipur”, “Ali Əhməd” festivalına namizəd olmuşdur.

 Bu romanın hər bir fəsli Dəxil adı ilə adlandırılmışdır. “Eşq Dəxili” kitabı on dörd dəxildən ibarətdir.

 Bu əsər keçən il “Kitab və həyat”-n önəmli mənbə və məxəzlərindən hesab olunmuşdur. 

Kitabın bir hissəsi

Külək tut ağacının budaq və yarpaqları arasında oynayır. Küləyin sərinliyi Səburənin üzünə dəyir.

-Məni bağışlayın. Hərəmdə sizinlə kobud danışdım. Gəlmişdim ki, özüm haqda danışım. Amma bilmirəm niyə boş-boş sözlər danışdım.

http://shabestan.ir/detail/News/718425

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده