خبرگزاری شبستان

پنج شنبه ۲۶ مهر ۱۳۹۷

الخميس ٨ صفر ١٤٤٠

Thursday, October 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, July 26, 2018 Xəbər kodu : 34323
Məhdəviyyət nəşriyyat bazarında..
Gənc nəslin suallarının cavabı “İmam Zaman(ə), təvəllüddən zühura qədər” kitabında
Ayətullah Ruhani tərəfdən qələmə alınmış “İmam Zaman(ə), təvəllüddən zühura qədər” kitabı gənclərin və yaşlı nəslin əxlaqi, etiqadi və dini mövzular haqda suallarının cavabıdır. Bu əsər üçüncü dəfə çap olundu.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi Təliəyə istinadən xəbət verir: “İmam Zaman(ə), təvəllüddən zühura qədər” kitabı Ayətullah Ruhaninin qələmə aldığı kitabı gənclərin və yaşlı nəslin əxlaqi, etiqadi və dini mövzular haqda suallarının cavabı məcmuəsinin dördüncü cildidir. Bu əsər dördüncü dəfə çap olundu.

 Ayətullah Ruhani son illər elmi və hövzə işlərininin çox olmasına baxmayaraq, şəri, etiqadi və əxlaqi sualları şəxsən özü araşdırır və cavablandırır. İnsanların xüsusi ilə gənclərin bu cavablardan asanlıqla istifadə etməsi məqsədi ilə  ayrı-ayrı cildlərdə və mövzu əsasında çap edir.

Kitabın məzmunu

 “İmam Zaman(ə), təvəllüddən zühura qədər” kitabı doqquz fəsldən ibarətdir: Birinci fəsl: İmam Zamanın (ə) təvəllüdü, adları və ləqəblər, ikinci fəsl: İmam Zamanın (ə) həyatı və uzun ömrü, üçüncü fəsl: qeybət və intizar əsri, dördüncü fəsl: bəzi hədislərin açıqlaması, beşinci fəsl: zühurun əlamətləri, altıncı fəsl: zühurdan sonra, yeddinci fəsl: İmam Zamanla (ə) görüş, səkkizinci fəsl: Cəmkəran məscidi, doqquzuncu fəsl: müxtəlif suallar.

Kitabın bəzi başlıqları və sualları aşağıdakı mövzulara aiddir: Əhli-sünnənin İmam Zamanın (ə) təvəllüdü haqda etiqadı, İmam Mehdinin (ə) həyat yoldaşı və övladı olmasının mümkünlüyü, İmam Mehdinin (ə) qeyb olmasına inanc dinin zəruri məsələlərindəndir, İmam Mehdinin (ə) bu günki texnologiyadan istifadəsi, İmam Zamanın (ə) “Quranın şəriki” olmasının mənası, zühur dövründə baş verəcək  rəcət haqda imamların hədisləri,dünyanın zülmlə dolması və İmam Zamanın (ə) zühur etməməsi.

http://shabestan.ir/detail/News/718208

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده