خبرگزاری شبستان

یکشنبه ۵ خرداد ۱۳۹۸

الأحد ٢٢ رمضان ١٤٤٠

Sunday, May 26, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 25, 2018 Xəbər kodu : 34314

Məşhədin sönməz ulduzunun mövludu
Əhli-beytin (ə) səkkizinci günəşi olan İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. Həzrətin adı Əli, ləqəbi Rza, kunyəsi Əbul-Həsəndir. Atası İmam Kazım (ə), anası isə Nəcmə xanım olmuşdur ki, ona Ummul-bənin deyə müraciət edərdilər.

 

Əhli-beytin (ə) səkkizinci günəşi olan İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. Həzrətin adı Əli, ləqəbi Rza, kunyəsi Əbul-Həsəndir. Atası İmam Kazım (ə), anası isə Nəcmə xanım olmuşdur ki, ona Ummul-bənin deyə müraciət edərdilər. İmam Rza (ə) atasının şəhadətindən sonra 35 yaşında ikən İmamətlik məqamına çatır. İslam ümmətinin rəhbərliyini öhdəsinə götürür. Həzrət (ə) 55 yaşında lənətlik Məmun tərəfindən zəhərləndirilib, şəhadətə yetişir. (Havzəh)

 

İmam Rza (ə) öz zəmanəsinin ən fəzilətli, ən abid və ən alim insanı olmuşdur. Bütün ali insani sifətlərə və kamallara malik idi. Rica ibni Əbi Zəhak deyir: . Həmin şəxs nəql edir ki, İmam Rza (ə) yatağına getməzdən əvvəl Quran oxuyardı və nə zaman behiştlə cəhənnəm sözünə çatardı, ağlayardı. Allahdan behişt istəyər və cəhənnəmdən Ona pənah aparardı.

 

İmamın (ə) nəzərinə görə zahid o şəxsdir ki, dünyaya olan meyli, onun Allahdan qəflət bəsləməsinə səbəb olmaz, onu haqq yolundan azdırmaz. Ona görə də halal İlahi nemətlərdən düzgün şəkildə bəhrələnməyin zahidliklə heç bir ziddiyyəti yoxdur. İbni Əbad nəql edir ki, İmam Rza (ə) yayda həsirin üzərində, qışda palazın üzərində əyləşər, sadə və parçası sərt olan paltar geyinərdi. Nə zaman insanların arasına getsə idi, geyiminin səliqəli və bəzəkli olmasına xüsusi diqqət edərdi.

 

Məsum İmamlara (ə) verilən İlahi nemətlərdən biri də elmdir. İmamlar (ə) elm susuzlarını öz sonsuz mərifətləri ilə sirab edərdilər. Hətta düşmənləri belə onların sonsuz elmini etiraf edərdilər. Abbasi xəlifəsi olan qəsbkar Məmun nəql edir: “Mən yer üzərində bu kişidən daha bilikli heç kəsi tanımıram”.

 

İbrahim ibni Abbas nəql edir: .

 

İmam Rza (ə) öz danışığı və rəftarı ilə insanlara göstərmək istəyirdi ki, kəramət və şərafətdə hamı eyni və bərabərdir. İnsanı başqalarından ayıran tək meyar – təqva və saleh əməldir. İmam Rza (ə) qara dərili insana işarə edərək buyurmuşdu: “Əgər kimsə güman edirsə ki, mən ondan yaxşıyam - düzgün deyildir. Məgər o halda ki, saleh əməlim olsun”İmam (ə) həmişə yoxsullara və kasıblara əl tutardı. Nə zaman yoxsula bir şey versəydi, onu elə edərdi ki, həmin şəxsin izzəti zədələnməsin. Süleyman Həzrətə (ə) belə bir sual verir: “Niyə bağışlayan zaman üzünüzü əlinizlə örtürsünüz?”. Həzrət (ə) buyurur: “İstəmədim ki, xahiş zillətini üzündə görüm”İmam Rza (ə) 20 il imamətlik etdi. Bu dövrdə çox sayda zalım hakimlər və xəlifələrlə mübarizə aparardı. Harun ər-Rəşidin dövründə belə, Həzrət (ə) bir an da olsun amanda olmadığını bilərək, yenə də məzlumların tərəfini saxlayır və onları müdafiə edərdi. Məmunun zamanında isə Həzrət (ə) Xorasana gəlməli olur. Məmunun hiylələri və fırıldaqları İmama (ə) çox əziyyət verirdi.

 

Məmun öz qardaşı Əmini öldürəndən sonra hökumətini möhkəmləndirmək üçün İmamı (ə) Xorasana gətirir və hökuməti ona təklif edir. İmam (ə) Məmunun siyasi hiyləsindən xəbərdar olduğu üçün bu təklifi qəbul etmir. Məmun sonra vəliəhd mövzusunu açır və İmamı (ə) öz vəliəhdi elan edir. İmam (ə) buna qarşı çıxan zaman isə Məmun onu öldürəcəyi ilə hədələyir. İmam (ə) Məmunun bu təkidi ilə, İslamın maraqlarını nəzərər alaraq, vəliəhd olmağı qəbul edir. Lakin xəlifədən narazı olduğunu göstərmək üçün şərt kəsir ki, hökumət işlərinə qarışmayacaq və heç kəsi işdən çıxartmayacaqdır. Sadəcə məsləhətçi kimi fəaliyyət göstərə bilər.

 

Məmun dəfələrlə elmi məclislər təşkil edir və İmamı (ə) da bura dəvət edərdi. Əslində niyyət İmamı (ə) rüsvay etmək və elmi mübahisələrdə məğlub olmasını izləmək olardı. Lakin hər dəfə məclisdə iştirak edən alimlər İmamın (ə) sonsuz elmini etiraf edər və ona baş əyərdilər. Bu da Məmunu çox qəzəbləndirərdi.

 

İmamın (ə) xoş rəftarlı olması bütün insanların dilində əzbər idi. O, bütün insanlara hörmət edərdi. İnsanları alçaltmaqdan həmişə çəkinərdi. O, müsəlmanlara öyrədərdi ki, bir insanın şərafətli olması o demək deyildir ki, başqalarını həqir görsün və təhqir etsin. İnsanın izzəti ondadır ki, başqalarının abrını qorusun və insanların şəxsiyyətini alçalda bilən əməldən çəkinsin.

 

Bəli, İmam Rza (ə) öz elmi səviyyəsi, əxlaqı, danışığı və rəftarı ilə hamını özünə heyran etmişdi. Hətta o dövrün şairləri belə bunu etiraf edir və şeirlərində bəyan edirdilər. Bu şairlərdən biri də Əbu Nəvas idi. O, bir gün İmamı (ə) görür və ondan icazə alır ki, şeir desin. İmam (ə) da ona icazə verir. O, öz şeirində İmamın (ə) məqamını və nəslini mədh edir, onu yaranmışların ən üstünü adlandırır.

 

Salam olsun sənə, ey İmam Rza!

 

Salam olsun sənə, ey Məşhədin sönməz ulduzu!

 

Salam olsun sənə, ey Əbül-Həsən!

 

/Deyerler.org/

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده