Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu gün İranın Xomeyn şəhərinin imam cüməsi höccətül - islam vəl – müslimin Seyid Əli Hüseyn Pur rəsmilər ilə görüşündə deyib: Ruhanilərin silahı məscid, mehrab və minbərdir ki, bu gün bütün dünyaya nümunə sayılır.
Məscidlər səngərdirlər və dini təlimlərimiz bizə deyirlər ki, islam məsciddədir və məscid də sözün əsl mənasında dini baza olmalıdır. Yəni burda dini təlimlər verilməlidir.
Qədimdən və indi də, elə gələcəkdə də, o cümlədən bizi düşündürən məsələlərdən biri də gənclərin məscidə gəlməyidir. Bu gün dünya sürətlə avtomatlaşır, maşına çevrilir. Əgər insanın maşınlaşması prosesi məscidə də gəlib çıxsa, onda insanların məsciddə hüzuru olmayacaq. Yəni məsciddə fiziki deyil, əsl insan, həqiqi insan hüzuru azalacaq. İnsanların dindarlıq üzündən münasibətləri telefona, SMS- ə çevriləcək. Bu isə heç zaman hüzur dindarlığı, yaxından münasibət dindarlığı ilə müqayisə edilə bilməz. Məscidin atmosferi insanları cəzb edən şəkildə tənzim edilməlidir.
Məscid və namaz bir çox ictimai problemlərin həll yoludur. Əgər bu gün cəmiyyətdə problemlər və əngəllər çoxalırsa, onun səbəbi namazın sütun funksiyasının zəifləməsi və məscidlərin insan baxımından seyrəlməsidir.
http://shabestan.ir/detail/News/717827