Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda fəaliyyət göstərən ölkə məscidlərinin mədəniyyət – incəsənət otaqları ilə iş üzrə Dövlət Komitəsinin sədri Höccətül - islam vəl – müslimin Həbib Rza Ərzani rəsmi dini toplantıda bildirdi ki, dini təlimlərə əsasən kəramət və alicənablıq model və ülgüsü intizarın ən gözəl model və yoludur.
O, daha sonra əlavə etdi: Kəramət, əliaçıqlığ və səxavətin kökündə biz və bütün insanlara məhəbbət və sevgi dayanır. Quranın kənarında Əhli - beytlə (ə) ünsiyyət və əlaqə qurmaq insanın ruhunu saflaşdırır.
O, İranda keçirilən kəramət ongünlüyü tədbirləri barəsində isə bunları dedi: Əhli – beyt (ə) kəramətin məzhər, cilvə və daşıyıcılarıdırlar.
Ölkə məscidlərinin mədəniyyət – incəsənət otaqları ilə iş üzrə Dövlət Komitəsinin sədri Höccətül - islam vəl – müslimin Həbib Rza Ərzani daha sonra rəhbərlik etdiyi təşkilatın proqramlarından danışaraq bildirdi ki, müraciət edən insanların işləri vaxtında və düzgün şəkildə həll edilməli, onlar razı olan şəkildə dövlət idarələrindən yola salınmalıdırlar.
http://shabestan.ir/detail/News/717629