Şəbistan Xəbər Agentliyi: Məscidlər insanların fəal və dinamik mərkəzləri olmalıdırlar. Buna görə də məscid həm zahirdən, həm də batildən təzələnməli və abadlaşdırılmalıdır. Peyğəmbərin zamanında olduğu kimi məsciddə yaşlılar, cavanlar və uşaqlar üçün də şərait nəzərdə tutulmalıdır.
Höccətül - islam vəl – müslimin Məhəmməd Baqir Əlamul - Huda Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində məscid və mədəniyyət məsələlərindən danışdı.
O, dedi: Möminlərin kütləvi surətdə məscidə gəlməsinin əsas yollarından biri onlarla sıx münasibətdə olmaqdır. Bu sahədə xüsusi mədəni cəryan və hərəkətlərin yaranması da təsirə malikdir.
Məscidin imam və icma üzvləri müasir tələblərə uyğun məscid idarəsini bacarmalıdırlar. Mehribançılıq, məhəbbətlə insanların məscidə gəlməyinin zəminəsini hazırlamalıdırlar. Məscidin xüsusi bir sinif və qrupun yığışdığı yerə çevrilməsinə yol verməməlidirlər.
Onlar camaat namazını uzadmamalı, məscidin imkanlarını təzələməli və günün tələbatına uyğun qurmalıdırlar. Belə ki, həm uşaqlar və həm də yeniyetmələr üçün məsciddə şad və ürəkaçan əhval - ruhiyyəli atmosfer yaradılmalıdır.
Məscidlər insanların fəal və dinamik mərkəzləri olmalıdırlar. Buna görə də məscid həm zahirdən, həm də batildən təzələnməli və abadlaşdırılmalıdır. Peyğəmbərin zamanında olduğu kimi məsciddə yaşlılar, cavanlar və uşaqlar üçün də şərait nəzərdə tutulmalıdır.
http://shabestan.ir/detail/News/717136