“Peyğəmbərdən və başqa müqəddəs şəfaətçilərdən şəfaət istəmək (əlbəttə qiyamət günündə) Allahdan günahlara görə günahkarların bağışlanması üçün dua eləməkdən başqa bir şey deyildir. Əslində bunu imamlardan istəmək elə onlardan dua etmələrini istəmək kimi bir şeydir. Onların duası da Allah yanında yaxınlıq və məqamlarına görə şübhəsiz qəbul ediləcəkdir”.
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu sözləri “şəfaət istəmək şirkdirmi?” sualına cavab verərkən Ayətullah Cəfər Sübhani deyir.
O, daha sonra əlavə edir: Şəfaətin əsli duaya qayıdır. Kimdənsə dua istəməkdə isə şəkk və tərdid yoxdur. Çünki möminin dua etməsin istəmək qəbul edilən və bəyənilmiş bir işdir. İstəyir o mömin peyğəmbər olsun, ya övliya.
Bundan əlavə Peyğəmbərin(s) səhabələri həm diriliklərində, həm də dünyadan getdikdən sonra ondan şəfaət istəyiblər. Bu kitablarda keçir. Ənəs İbn Malikdən, Səvab İbn Qaribdən, Əbu Bəkrdən, İmam Əli (ə) – dan, Məsəb İbn Əsnəlidən bu barədə sünni mənbələrində çoxlu hədislər keçir.
http://shabestan.ir/detail/News/717047