Servis Əsas səhifə |
|
Zaman : |
Saturday, July 21, 2018 |
|
Xəbər kodu : |
34261 |
Məhdəviyyət ayələri;
İmamı tanımaqla zəmin yaradan intizarın arasındakı əlaqə
İmam Sadiq (ə) buyurur: “ Ey Füzeyl! İmamını tanı. Çünki imamını tanıdığın zaman bu işin önü və gerisi sənə ziyan verməyəcək. İmamını tanıyan və İmam Zamanın qiyamından öncə ölən insan Onun ordusunda döyüşən kimidir…”
|
Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsi xəbər verir: Allah mütəal Quranda buyurur:
«يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَئِكَ يَقْرَءُونَ كِتَابَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا»
(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar) –İsra, 71-
Ayənin elmi nəticələri
1-Quran iki cür imamdan danışır. Biri nur və hidayət imamı:
«أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا»Ənbiya, 73
İkici isə cəhənnəm və zəlalət imamı:
«وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ»Qəsəs 41
Birinci dəstə Allah tərəfdən imamətə təyin olunurlar. İkinci dəstə isə zorla, təhdidlə, tamahlandırma və təhqirlə insanları öz itaətinə vadar edirlər.
2-Əbu Bəsir İmam Sadiqə (ə) dedi: Şəhadət verirəm ki, Sən mənim imamınsan. İmam buyurdu: “Qiyamətdə hər dəstə öz imamı ilə məhşərə gələcək. Günəşpərəstlər günəşlə, aypərəstlər ayla. (Təfsir Əyyaşi, c 2, s 303)
http://shabestan.ir/detail/News/715453