خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, July 21, 2018 Xəbər kodu : 34248

Tehran cümə namazı xütbələri
Şəbistan Xəbər Agentliyi: Tehranın cümə namazının xitabətçisi istənilən korrupsiya ilə ciddi mübarizəni vurğulayıb.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Əhməd Xatəmi prezident və Nazirlər Kabineti üzvlərinin İslam İnqilabının Böyük Rəhbəri ilə son görüşü, İnqilab Rəhbərinin inqilab ruhiyyəsi və istiqamətlənməni qorumaq və gücləndirmək, yerli istehsal və potensiallara arxalanmaq, müqavimət iqtisadiyyatı siyasətlərinin dəqiq icra olunmasına dair tövsiyələrinə toxunaraq deyib: İstənilən korrupsiya halları, xüsusilə də beytül-mala təcavüz edənlərlə ciddi mübarizə aparılmalıdır.

 

Tehranın cümə namazının bu həftəki xətibi əlavə edib: Korrupsionerlərlə davranışda meyar sadəcə qanundur və hər hansı mövqe və ya qurumda olan korrupsiyaçılarla qətiyyətli şəkildə davranmaq lazımdır.

 

Ayətullah Xatəmi korrupsiya ilə mübarizə üçün nəzarət qurumlarının açıq-aşkar və gizli nəzarətinin zəruri olduğunu bildirərək deyib: Quruluşun əsas sahibi olan xalqa şəffaf, aydın, açıq-aşkar və dəqiq hesabat verilməlidir.

 

Ayətullah Xatəmi Tehranın cümə namazı xütbələrinin davamında müxtəlif ölkələrlə əməkdaşlıqda hökumətin diplomatiyasının İran İslam Respublikası Konstitusiyasına əsaslandığını bildirərək deyib: İzzət, hikmət və məsləhət siyasətinə əsasən, dünyanın bütün ölkələri ilə əlaqə qurmaq lazımdır. Və prezidentin müxtəlif ölkələrə quruluşun siyasəti və mövqelərini elan etmək üçün göndərdiyi son elçilər bu siyasətə əsaslanıb.

 

http://shabestan.ir/detail/News/716911

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده