خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, July 21, 2018 Xəbər kodu : 34245

İnsanın bütün istedadları hərəkətə gələrmi?
İnsan ruhunun qəribə bir dünyası vardır. Aləmin ən qəribə dünyasıdır. İnsan ruhunu bir maqnitofona bənzətmək olar ki, ora kaset qoymaq olur

İnsan ruhunun qəribə bir dünyası vardır. Aləmin ən qəribə dünyasıdır. İnsan ruhunu bir maqnitofona bənzətmək olar ki, ora kaset qoymaq olur. Ancaq insan ruhu bir kaseti deyil, milyonlarla fenomeni özündə yerləşdirə bilir. Ona görə də əgər insan ruhunu maqnitofona bənzətmək istəyiriksə, gərək o, çoxlu kasetləri səsləndirə bilən bir cihaz olsun. Ancaq bir maqnitofonda ancaq bir düyməni basanda bir kaset işləyəcəkdir və səsə gələcəkdir. Başqa düymə başqa kaseti hərəkətə gətirəcəkdir.

 

Mühüm olan budur ki, sizin barmağınız maqnitofonun hansı düyməsinə toxunacaqdır.

 

İnsan ruhu da bəzən belədir. Allah Təala insan varlığında çox sayda istedadlar qoymuşdur. Bəşərin müəllimlərinin hər biri bu istedadlar düyməsinə basaraq, onu hərəkətə gətirərlər.

 

İnsan ruhunda çoxlu istedadlar gizlənmişdir. Əgər bu istedadların düyməsinə barmağınızı toxundursanız, həmin istedad hərəkətə gələcəkdir. Qalanları isə susuz və hərəkətsiz qalacaqdır. Hər bir əxlaq müəllimi bəşər ruhunun bir düyməsinə basar.

 

Bəs bu maqnitofonda elə bir düymə vardırmı ki, əgər onu bassan, bütün düymələr hərəkətə gələr?

 

Bu, ümumbəşəri bir sualdır. Çünki bütün istedadların hərəkətə gəlməsi üçün vahid olmaq lazımdır və bütün dünya müəllimləri müttəhid olub, eyni anda özünəməxsus dünymələri basarlar. Maqnitofon da təfrit və ifratdan uzaq halda hərəkətə gələr.

 

Bəli, budur ruh dünyası. İstedad və bacarıqlarla dolu bir dünya. (Həvzəh)

 

İnsan bütöv bir natura olduqda, onun bütün istedadlarının hərəkətə gəlməsi üçün zəmin yaranır.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده