خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Friday, July 20, 2018 Xəbər kodu : 34231

Kermanşahda Quran müsabiqələrinin qırx birinci dövrəsinin açılş mərasimi
Şəbistan xəbər agentliyi: (Tir ayının 27-i) üçüncü gün Besət zalında ostan mərhələsində milli Quran müsabiqələrinin qırx birinci dövrəsinin açılış mərasimi başlandı.

Şəbistan xəbər agentliyinin jurnalistinin Kermanşah şəhərindən verdiyi xəbərə əsasən, İran İslam respublikasının ostan mərhələsində milli Quran müsabiqələrinin qırx birinci dövrəsinin açılış mərasimi (Tir ayının 27-i) üçüncü gün Qurani bir cəmiyyətin, ustadların, qarilərin və ostanın məsullarının əzəmətli iştirakları ilə Besət zalında keçirildi.

Bu müsabiqə şəhər mərhələsində beş min yüz nəfərin iştirakı ilə iki hissədə keçirildi. Onun biri maarif bölümü digəri isə səsli oxuma bölümüdür. Hifz sahəsində (beş cüz, on cüz, iyirmi cüz və bütün Quranı) əzbərləmədə müsabiqə keçiriləcək. Bu müsabiqə tərtil, qiraət, azan, dua oxumaq, hifz, Quranın mövzui maarifi, hifz və hədis maarifi, hifz və Quran təfsiri maarifi sahələrində də keçiriləcək.

Ostan mərhələsində milli Quran müsabiqələrinin qırx birinci dövrəsinin (Tir ayının 27 və 28-də) üçüncü gün və cümə axşamı günlərində bacı və qardaşlardan ibarət 598 nəfərin iştirakı ilə 12 beynəlxalq ustad və hakimin hakimliyi ilə keçirildi.

Qeyd etmək lazımdır ki, ostan mərhələsində milli Quran müsabiqələrinin qırx birinci dövrəsinin sona çatma mərasimi altıncı gün Tir ayının 30-da Besət zalında seçilmiş şəxslərin təqdir olunması ilə və habelə Quranla məşğul olan şəhidlərin əziz xatirələrinin yad edilməsi ilə keçiriləcək.

 

http://shabestan.ir/detail/News/716695

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده