خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, July 19, 2018 Xəbər kodu : 34230

Ostanda imamzadələrə ehtiram göstərmək konfransı keçirildi
Şəbistan xəbər agentliyi: Kəhgiluyə və Boyerəhməd ostanının imamzadələrinə ehtiram göstərmək konfransı Yasuc şəhərinin Şah Qasim (ə) imamzadəsində keçirildi.

Şəbistan xəbər agentliyi: Kəhgiluyə və Boyerəhməd ostanının Ovqaf və xeyriyyə işləri idarəsinin mədəni və ictimai işlər üzrə müavini imamzadələri ehtiram göstərməyi bir zərurət hesablayaraq dedi: Ziyarətgahlar İran xalqının və Kəhgiluyə və Boyerəhməd ostanının xeyir və bərəkət mənşəidir.

Şəbistan xəbər agentliyinin jurnalistinin Yasuc şəhərindən verdiyi xəbərə əsasən, bu gün (Tir ayının 28-də) kəramət on günlüyü münasibəti ilə ostanın Ovqaf və xeyriyyə işlərinin baş katibi, Kəhgiluyə və Boyerəhmədin İmam cüməsi Ayətullah Hüseyninin, ostanın və şəhərin məsullarının, ostanının ziyarətgahlarının rəhbərləri qulluqçularının və vəqf edənlərin iştirakı ilə Yasuc şəhərinin Şah Qasim imamzadəsində imamzadələri təqdir etmə konfransı keçirildi.

Ayətullah Seyyid Əliəsğər Hüseyni bu konfransda kəramət on günlüyü münasibəti ilə hamıya təbrik dedi: Kəramət on günlüyü Həzrət Məsumənin (s) təvəllüdü ilə başlayır və İmam Rzanın (ə) təvəllüdünə qədər davam edir ki, bu on günlüyə məxsus proqramlar icra edilir.

O, qeyd etdi ki, İmam Rzaya (ə) və o Həzrətin Məsumə (s) bacısına diqqət etmək bizim axirətimizin azuqəsi hesablanır.

O, insanın ilahi dərgaha ibadət etməklə kamilliyə yetişəcəyini bildirərək dedi: İnsanın kamilliyi Allahın qarşısında bəndə olmaqdan keçir.

O, xatırlatdı ki, şeytan həmişə insan üçün pusqu qurmuşdur. Amma insan Allahın göstərişi ilə və ilahi peyğəmbərlərin vasitəsi ilə azğınlıqdan xilas olmağa çalışmalıyıq.

O, Həzrət Məsumənin (s) ziyarətini Məsum İmamın ziyarəti ilə bərabər tutaraq dedi: İmam Rzanın (ə) ziyarəti də fəqirlərin həcci sayılır.

http://shabestan.ir/detail/News/716890

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده