خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, July 19, 2018 Xəbər kodu : 34228

Ziyarətgahlar İran xalqının və Kəhgiluyə və Boyerəhməd ostanının xeyir və bərəkət mənşəidir
Şəbistan xəbər agentliyi: Kəhgiluyə və Boyerəhməd ostanının Ovqaf və xeyriyyə işləri idarəsinin mədəni və ictimai işlər üzrə müavini imamzadələri ehtiram göstərməyi bir zərurət hesablayaraq dedi: Ziyarətgahlar İran xalqının və Kəhgiluyə və Boyerəhməd ostanının xeyir və bərəkət mənşəidir.

Şəbistan xəbər agentliyinin jurnalistinin Yasuc şəhərindən verdiyi xəbərə əsasən, bu gün (Tir ayının 28-də) kəramət on günlüyü münasibəti ilə ostanın Ovqaf və xeyriyyə işlərinin baş katibi, Kəhgiluyə və Boyerəhmədin İmam cüməsi Ayətullah Hüseyninin, ostanın və şəhərin məsullarının, ostanının ziyarətgahlarının rəhbərləri qulluqçularının və vəqf edənlərin iştirakı ilə Yasuc şəhərinin Şah Qasim imamzadəsində imamzadələri təqdir etmə konfransı keçirildi.

Kəhgiluyə və Boyerəhməd ostanının Ovqaf və xeyriyyə işləri idarəsinin mədəni və ictimai işlər üzrə müavini Seyyid Rza Mənsuri bu konfransın haşiyəsində dedi: Bu gün imamzadələr ehtiram qoymaq günüdür. İmamzadə Qasim (ə) şəhidlər xiyabanının tozunun alınma mərasiminin başlanmasına işarə edərək dedi: Karvan şəhidlər xiyabanının tozunu aldıqdan sonra İmamzadə Qasimin (ə) məqbərəsinə tərəf hərəkət etdi.

O, Vəliyyi Fəqihin Kəhgiluyə və Boyerəhməd ostanındakı nümayəndəsi olmuş Ayətullah Məlik Hüseyninin mərqədinin tozunu almağın da proqramlardan biri olduğuna işarə edərək dedi: Bu proqramlardan məqsəd böyüklərin xüsusi ilə də imamzadələrin məqamını hörmətli tutmaqdır.

O, xatırlatdı ki, imamzadələr iki mərhələdə İrana səfər etmişlər. Biri İam Rza (ə) karvanının səfər etdiyi zaman digəri isə Əhməd ibn Musa Şahçırağın (ə) səfəri etdiyi zamandır.    

O, imamzadələri ehtiram göstərməyi bir zərurət hesablayaraq dedi:  Ziyarətgahlar İran xalqının və Kəhgiluyə və Boyerəhməd ostanının xeyir və bərəkət mənşəidir.

http://shabestan.ir/detail/News/716889

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده