خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, July 19, 2018 Xəbər kodu : 34226

Yer üzünün imamsız qalmasının mənfi təsirləri
İmam Rza (ə) bir hədisdə yer üzünün Höccətsiz qalmayacağına işarə edərək, yer üzünün imamsız qalmasının mənfi təsirlərindən xəbər verdi.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi xəbər verir: İmam Rza (ə) müxtəlif yerlərdə yer üzünün heç vaxt İlahi höccətsiz və imamsız qalmayacağına təkidlər edərək, dolayı yollarla imamət mövzusunu isbat etmişdir.

 Bu hədislərdən biri də Süleyman Cəfəri və ya Süleyman ibn Cəfər Himyərinin bu sualının

تخلو الأرض من حجة‏اللّه‏؟

Yer üzü İlahi höccətsiz qalarmı?”-cavabında buyurdu:

لوخلت الأرض طرفة عین من حجة لساخت بأهلها؛

Əgər yer üzü bir göz qırpımı qədər höccətsiz qalsa, sakinlərini yeyər.

Bu hədisə bənzər hədislər müxtəlif ravilərlər tərəfdən bəzi dəyişikliklərlə nəql olunmuşdur.

Bu hədisə əsasən qiyamətə qədər yer üzü İlahi höccətsiz olamayacaq. Olar bilər ki, bəzi məsələlərə görə bu İlahi höccət qeybdə olsun.


کأنّی بالشیعة عند فقدهم الثالث من ولدی کالنعم یطلبون المرعی فلا یجدونه. قلت له: ولم ذاک یا ابن رسول‏اللّه‏؟ قال: لأنّ إمامهم یغیب عنهم، فقلت: ولم؟ قال: لئلاّ یکون لأحد فی عنقه بیعة إذا قام بالسیف.

Həsən ibn Əli ibn Fəzzal İmam Rzadan (ə) nəql edir: İmam Rza (ə) buyurdu: Sanki şiələri görürəm ki, mənim üçüncü övladın qeybdə olduğu zaman çobanın arxasınca qaçan qoyunlar kimi heyrandırlar. Amma onu tapa bilmirlər. Həsən ibn Əli ibn Fəzzal deyir: Niyə belə olacaq Ey Peyğəmbərin oğlu? İmam buyurdu: Çünki imamları qeyb olacaq. Soruşdum: Niyə qeyb olacaq? İmam buyurdu: Çünki qiyam etdiyi zaman boynunda heç kimin beyəti olmasın.


Mənbələr:

1-Bəsairud-dərəcat, s 489, hədis 8

2-Əl-kafi, c 1, s 179, hədis 11

http://shabestan.ir/detail/News/716740

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده