خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, July 19, 2018 Xəbər kodu : 34225
Höccətül-islam Rəfii açıqlama verdi:
Məhdəviyyət və qeybətin səbəbləri İmam Rzanın (ə) kəlamında
İmam Zaman (ə) zühurdan sonra dünyanın yeganə rəhbəri olacaq. Buna görə də şərait və onun hazır olmasının inqilaba ehtiyacı var. Bu inqilab bütün küfür rəhbərlərini süqutun hazırlamalıdır. Buna görə də İmam Rza (ə) buyurdu: “Bizim Mehdi zühur etdiyi zaman onun boynunda heç bir beyət olmayacaq.”

Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsi xəbər verir: İmam Zamanın (ə) qeybəti, axirəz-zaman və ümumiyyətlə Məhdəviyyət imamların nurani kəlamlarında gəlmişdir. Bu şəxsiyyətlərin hamısı bu mözvunu açıqlamışlar. Məsələn: Səhabələrdən biri imamın hüzüruna gəlir İmam Zamanın (ə) qeyb olması haqda məsumlardan soruşurdu, imamlar da cavab verirdilər. Ya da imamların özləri bu haqda və onun şərtləri haqda danışırdılar.

 Əxlaq ustadlarından biri Höccətül-islam Rəfii İmam Rzanın (ə) müqəddəs ziyarətgahında etdiyi moizələrdən birində İmam Rzanın (ə) İmam Mehdinin (ə) və qeybəti haqda buyurduğu bir neçə hədisini araşdırdı. Bu moizəni szlərə təqdim edirik:

Höccətül-islam Rəfii bildirdi ki, bəlkə də indiyə qədər İmam Rzanın (ə) İmam Mehdi (ə) haqqında buyurduqları  haqda çox az bəhslər olunub. Bütün imamlar İmam Zaman (ə) haqda danışmışlar. Çox az bir mövzu vardır ki, imamlar hamısı onun haqda söhbət ediblər.

Hicrətin üçüncü əsrinin tanınmış şairi Debel Xüzai (vəf. 246 h.q) İmam Rzanın (ə) hüzurunda oxuduğu qəsidədə deyir:

فلولا الذی ارجوه فی الیوم اوغد            تقطع نفسی اثرهم حسرات

خروج امام لامحاله خارج                    یقوم علی اسم الله والبرکات     

یمیز فیها کل حق و باطل                   ویجزی علی النعماء والنقمات

Şeirin tərcüməsi:

“Əgər bu gün və sabah baş verəcəyinə ümidim olan şey olmasaydı, ürəyim onların (Əhli-beyt (əleyhimussalam)) həsrət və qəmindən parça-parça olardır.

(O ümid) İmam Zamanın qiyamına olan ümiddir. Şübhəsiz O, qiyam edəcək. O, Allahın adı və Allahın bərəkəti ilə qiyam edəcək.

(Və O,) bizim aramızda haqq və batili bir-birindən ayıracaq. Əcr və cəza verəcək.”

Debel bu beytləri oxuyandan sonra İmam Rza (ə) ona buyurdu: Ey Debel! Bu şeirləri Ruhul-qudus sənin dilinə gətirib.

Sonra İmam Rza (ə) buyurdu: Bilirsənmi imam kimdir? Debel dedi: Bilmirəm. Yalnız eşitmişəm ki, sizing ailənizdən bir imam gələcək və yer üzünü ədalətlə dolduracaq.

İmam (ə) buyurdu: Ey Debel! Məndən sonrakı imam oğlum Məhəmməddir (İmam Məhəmməd Təqi (ə)) Ondan sonra oğlu Əli (İmam Əli Ənnəqi (ə)) ondan sonra oğlu Həsən (İmam Həsən Əskəri (ə)) ondan sonra isə oğlu Höccət Qaimdir (ə). Onun qeyb olduğu dövrdə intizarını çəkərlər. İmam Zaman (ə) zühur etdikdə ona itaət edərlər. Əgər dünyanın ömründən bir qalmış olsa da belə Allah-taala o günü o qədər uzadar ki, Qaim (ə) qiyam edər. Yer üzünü ədalət və haqla doldurar. Necəki yer üzü zülm və haqsızlıqla dolmuşdu.

http://shabestan.ir/detail/News/716786

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده