خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, July 19, 2018 Xəbər kodu : 34224

Günəşin insana verdiyi müsbət və mənfi təsirlər
Şəbistan xəbər agentliyi: Günəş nurunun şüaları insanın bədəninə bir çox təsirlər qoyur ki, həm həm xeyirli həm də zərərli ola bilər.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, günəş nurunun şüaları insanın dərisinə çoxlu təsirlər qoyur. Yay fəslində havanıın qızması ilə insanın dərisi də zərərlə daha çox qarşı-qarşıya qalır. Qeyd olunmalıdır ki, günəş nurunun şüalarının insanın bədəninə faydaları da vardır. İndi Günəşin insana verdiyi müsbət və mənfi təsirləri ilə tanış olaq.

Dərimizi günəş nurundan tamamilə qorumalıyıqmı? Təssüflər olsun ki, D vitamini ölkə vətəndaşlarında aşağıya düşmüşdür. Hələ də dəqid bilmirik ki, onun səbəbi qida azlığından ya günəş nurunun dəriyə az düşməsidir ya da hər ikisidir. Biz D vitamini üçün günəş şüasının dərimizə düşməsinə ehtiyac vardır. Amma bu normal həddə və ifrata varılmadan olmalıdır. Həqiqətdə 20-30 dəqiqə sübh vaxtı günəş şüasının qarşısını alacaq bir şeydən istifadə etmədən piyada yürimək kifayət qədər D vitamini bədənimizdə yaradır.

Yaşlıların da gündəlik günəş şüasına ehtiyacları vardırmı? Bəli yaşlı insanlar da bədənlərində D vitaminin yaranması üçün günün bir hissəsini günəş şüasının qarşısını alacaq bir şeydən istifadə etmədən günəş şüasında gəzmək lazımdır.

Günəş şüasının D vitaminindən başqa bir faydası da şadlıq hormonlarının insanda artmasıdır.

Günəş şüasının zərələrindən biri budur ki, o dəri xərçənginə səbəb ola bilir. Habelə dərinin tez yaşlanması və dəri ləkələrinin çoxalması ilə nəticələnir.  

Son tövsiyə:

Uzun müddətli günəş şüasının altında qalmaq əvəzinə qida rejimimizi islah etməli və D vitamini daşıyan süd məhsullarından istifadə etməliyik. Həmçinin əgər uzun müddətli günəş şüası altında oluruqsa, günəş şüasının qarşısını alan kremlərdən də istifadə etməyi qulaq ardına vurmamalıyıq.

Şəhid Behişti tibb elmləri universitetinin elmi heyətinin üzvü və dəri üzrə ekspert Məryəm Yusifi.

 

http://shabestan.ir/detail/News/716637

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده