خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, July 19, 2018 Xəbər kodu : 34216

Tövbə etmək istəyənlərə Allahın şirin müraciəti
Tövbənin həqiqi mənası budur ki, insan Allaha tərəf hərəkət etsin. Bütün xata və büdrəmələrindən peşman olub, Allahın rəhmətinə qovuşsun.

Quranda tövbə sözü həm Allaha və həm də bəndələrə nisbət verilmişdir. Bəndənin tövbəsi odur ki, günahdan savaba tərəf qayıdar. Allahın bəndəsinə qarşı tövbəsi isə odur ki, rəhmətini onun üçün açar.

 

Tövbənin həqiqi mənası budur ki, insan Allaha tərəf hərəkət etsin. Bütün xata və büdrəmələrindən peşman olub, Allahın rəhmətinə qovuşsun.

 

Allah Təala Quranda 91 dəfə” Ğəfur” (çox bağışlayan) və 5 dəfə Ğəffar (çox bəxş edən) adlandırılmışdır.

 

Quranın ayələrinin çoxunda Allah Öz bəndələrini tövbə və istiğfar etməyə dəvət etmişdir. Təxminən 80-a yaxın ayədə tövbə haqqında söhbət açılmışdır. Tövbələrin qəbul olacağı haqqında danışılmışdır. (Həvzəh)

 

Bu ayələrin bəzilərinə nəzər salaq:

 

1. “Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər?”. (“Ali-İmran” 135).

 

2. “Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər”. (“Nisa” 110).

 

3. “Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (“Maidə” 9).

 

4. “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).

 

5. “Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. (“Şura” 25).

 

6. “(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!”. (“Hicr” 49).

 

7. “Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).

 

8. “Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin.

Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»”. (“Təhrim” 8).

 

9. “Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?”. (“Maidə” 74).

 

Ey Allah bəndəsi! Bunu nəzərə al ki, Allah rəhim və bağışlayandır. Hər nə qədər xata etsən də, Onu incidəcək günahlar etsən də, O, sənə qarşı mehriban və şəfqətlidir. Çünki bağışlayan və rəhimdir. Ona tərəf qayıdıb, xatalarından peşman olsan, bil ki, Allah səni məyus qoymayacaq və rəhmətini sənə nazil edəcəkdir. Çünki Quranın tövbə barəsində gələn ayələrinin çox hissəsi bu vədəni təsdiq edir.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده