خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, July 19, 2018 Xəbər kodu : 34207

Ehtiyaclılara kömək İslamın ən ümdə təlimlərindəndir
Şəbistan Xəbər Agentliyi: Quranda göstərilir ki, hər kəs bir insanı ölümdən xilas etsə, elə bil ki, bütün dünyanı dirildib. Burda məqsəd yalnız insanı suda boğulmaqdan, yanğından və bu kimi təbii və qeyri - təbii fəlakətlərdən xilas etmək deyildir. Batini məqsəd bundan ibarətdir ki, insanları zəlalət və azğınlıqdan xilas edəsən, hidayətə doğru çəkəsən.

 

“Peyğəmbərimiz və məsum imamlar insanlara kömək etməyin, ehtiyaclıların xidmətində durmağın dinimizin əsas göstəriş və təlimləri olduğunu çatdıran öndərlər idilər”.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məkarim Şirazi dünən “Qırmızı aypara” cəmiyyətinin üzvləri ilə görüşündə dedi: İslam dini xalqa xidmət göstərməyə fövqəladə yüksək əhəmiyyət vermişdir. Bunun dəlili olaraq Quranda göstərilir ki, hər kəs bir insanı ölümdən xilas etsə, elə bil ki, bütün dünyanı dirildib. Burda məqsəd yalnız insanı suda boğulmaqdan, yanğından və bu kimi təbii və qeyri - təbii fəlakətlərdən xilas etmək deyildir. Batini məqsəd bundan ibarətdir ki, insanları zəlalət və azğınlıqdan xilas edəsən, hidayətə doğru çəkəsən. Deməli, bu ayədə həm maddi və həm mənəvi nicat və xilas bir yerə toplanmışdır. Peyğəmbərimiz və məsum imamlar insanlara kömək etməyin, ehtiyaclıların xidmətində durmağın dinimizin əsas göstəriş və təlimləri olduğunu çatdıran öndərlər idilər.

 

 

Əgər hər bir insan sədəqə versə, ehtiyaclılara kömək etsə, onda insanlıq ruhu güclənəcəkdir.

 

 

http://shabestan.ir/detail/News/716226

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده