Servis Əsas səhifə |
|
Zaman : |
Wednesday, July 18, 2018 |
|
Xəbər kodu : |
34201 |
Müntəzirlərin xüsusiyyətləri;
Müntəzir İmam Zamanın (ə) düşməni ilə düşməndir
Bir şəxs Allahdan, dindən, Peyğəmbərdən (s) və İmam Zamandan (ə) dəm vurduğu halda onların düşmənləri ilə gözəl əlaqə, dostluq və həmkarlıq edə bilər?! Bir şəxs İmam Zamanın (ə) düşməni olduğu halda Həzrətin düşmənləri ilə düşmənçilik etməyə bilərmi?
|
Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsi xəbər verir: “La ilahə illəllah” kəlmə müsəlmanlığın ilk sözüdür. Yəni, digər məbudların inkarı və həqiqi məbudun yəni, Allahın isbatı
Bu inkar və isbat, İslam və tövhidin bünövrəsidir. Ayətül-kürsidə oxuyuruq:
«فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ»
Tağuta küfür edən və Allaha iman gətirən doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır.
Bütün peyğəmbərlərin, imamların və Allah vəlilərinin həyatlarında təvəlla və təbərra olmuşdur. Yəni, Allah dostları ilə dost olmaq və Allah düşmənləri ilə düşmənçilik etmək. Onlardan bəraət və bizarlıq etmək. Biz haqq və batil, ədalət və zülm, mömin və kafir, dost və düşmənlərlə eyni davrana bilmərik. Gərək haqq tərəf və Allahın və dinin dostları ilə əlaqə yaradaq və bir olaq. Onları dəstəkləyək. (Vilayət) Küfür, nifaq, zülm, pis insanlar, dinin düşmənlərinə qarşı çıxaq və onlardan bizarlıq edək. Onlara qarşı mövqeyimizi bildirək. (Bəraət)
Bir şəxs Allahdan, dindən, Peyğəmbərdən (s) və İmam Zamandan (ə) dəm vurduğu halda onların düşmənləri ilə gözəl əlaqə, dostluq və həmkarlıq edə bilər?! Bir şəxs İmam Zamanın (ə) düşməni olduğu halda Həzrətin düşmənləri ilə düşmənçilik etməyə bilərmi?
http://shabestan.ir/detail/News/715800