خبرگزاری شبستان

دوشنبه ۸ خرداد ۱۴۰۲

الاثنين ١٠ ذو القعدة ١٤٤٤

Monday, May 29, 2023

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 18, 2018 Xəbər kodu : 34197
Məhdəviyyət ayələri;
Əshabi kəhfin müntəzirləri üçün mirası
Əshabi kəhfin hünəri bu idi ki, fasid bir cəmiyyətdə həzm olmadılar. Şəhər əhalisinin hamısının azğın olduğunu və onların islah olunmasına ümid olmadığını görəndə dedilər: Biz fasid cəmiyyətin rifah və ləzzətini istəmirik. Dinimizin qorunması üçün mağaranı şəhərdən üstün tuturuq.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə əsasən Qurni-kərim mübarək Kəhf surəsinin on üçüncü ayəsində buyurur:

«نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُمْ بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى

Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»

 Əshabi kəhf hekayəsi önəmli və faydalı hekayədir. “Fityə” sözü “Fəta” sözünün cəmidir və cömərd mənasını verir. İmam Sadiq (ə) buyurur: Fəta imanlı insane deyilir. Ona görə də Allah-taala Əshabi kəhfi qoca olmalarına baxmayaraq, imanlarına görə “Fəta” adlandırdı.

 Əshabi kəhf hekayəsində önəmli mövzulara toxunulur. Məsələn: Allah qüdrət və iradəsi, şücaət, dünyaya bel bağlamamaq, hicrət etmək, təqiyyə, Allahın köməkləri və halal ruzi. Hədislərdə gəlmişdir ki, Əshabi kəhf İmam Mehdinin (ə) köməkçilərindən olacaq. Bundan əlavə Əshabi kəhf gözəl və üstün xüsusiyyətlərinə görə müntəzirlərə örnək ola bilərlər.

Əshabi kəhfin hünəri bu idi ki, fasid bir cəmiyyətdə həzm olmadılar. Şəhər əhalisinin hamısının azğın olduğunu və onların islah olunmasına ümid olmadığını görəndə dedilər: Biz fasid cəmiyyətin rifah və ləzzətini istəmirik. Dinimizin qorunması üçün mağaranı şəhərdən üstün tuturuq.

http://shabestan.ir/detail/News/716482

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده