خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, July 17, 2018 Xəbər kodu : 34187

Qərbin istədiyi Suriyanı İdlibdə görək
Əgər Suriya qruplaşmaların nəzarətində keçsəydi – Qərbin istədiyi Suriyanı İdlibdə görək

 

Hazırda Suriyada müxalifətin hərbi gücünü təmsil edən radikal qruplaşmalar İdlib əyaləti ərazisində yerləşirlər. Türkiyə ilə həmsərhəd olan bu əyalət qərbin, İsrailin və bəzi totalitar ərəb rejimlərinin Suriya üçün fikirləşdiyi idi. Suriyanın ümdə qismi bu plandan xilas olsa da hazırki İdlib məşum Suriya planını təcəssüm etdirir. Yəni əgər qruplaşmalar Suriyanı nəzarətə götürsəydilər indi İdlibdə olanlar bütün Suriyada cari olacaqdı. Bəs indi İdlibdə nə baş verir?

 

İslaminSesi.info - Suriya Ordusu son bir ayda apardığı əməliyyatlar çərçivəsində İordaniya sərhəd zolağının bütününü və burada yerləşən Dəra əyalətinin 90 faizini azad edib. İndi isə İsrailin işğal etdiyi Colan Yüksəklikləri ilə həmsərhəd olan Qunaytara əyalətini azad etməkdədir.

 

Suriya Ordusu 5 ay öncə Şərqi-Qələmunu, Qərbi-Qəlamunu, Homs əyalətinin şima bölgələrini, bir il öncə isə Dirazzuru və Suriya səhrasını azad etmişdi.

 

Yerdə qalır Türkiyə ilə sərhəddə yerləşən İdlib əyaləti. (və əlbəttə Fəratın şərqində ABŞ-ın dəstək verdiyi kürd bölmələrinin nəzarətindədki neftlə zəngin bölgələr.)

 

Suriya müxalifətinin ən mötbər media mənbəsi hesab edilən “Suriya İnsan Hüquqları Müşahidə Qrupu” son günlərdə İdlibdə hökm sürən vəziyyətlə bağlı maraqlı hesabatlar və xəbərlər verir. Əlbəttə hökm sürən bu xaos, qarşıdurma, silahlı insident radikal qruplaşmaların olduğu İdlibdə həmişə olub. Lakin son günlərdə bu şiddətlənib.

 

SİHMQ-un hesabatına görə İdlibdə 30-dan çox qruplaşma var ki, onlar əsasən bu 3  tərəfə bağlıdırlar. Onlar ya “Ən-Nusra Cəbhəsi”nə (hazırki “Heyət Təhrir-Şam”), ya “Əhraruş-Şam”, “Azad Suriya Ordusu” və “Cəbhəl İslamiyyə”yə (bu ikisi və bir neçə digər qruplaşmalar vahid cəbhə yaradaraq onun adını “Cəbhət Təhrir-Suriya” qoyublar) ya da Türkiyənin “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatı çərçivəsində faliyyət göstərən müxtəlif qruplaşmalardır. Bu qruplaşmalar birbaşa ya Türkiyədən ya Səudiyyə Ərəbistanı, Qətər və ya da birbaşa və dolayısı yolla ABŞ və sairlərindən dəstək alırlar. Onları birləşdirən radikal vəhhabi düşüncəsidir.

 

İdlib şəhəri və ətrafı zəbt ediləndən indiyə qədər həmişə bu qruplaşmalar arasında ölüm-dirim döyüşlərinin şahidi olub. 2016 və 2017 c- ildə “Ən-Nusra Cəbhəsi” ilə “Əhraruş-Şam” terror təşkilatlarının ənənəvi döyüşlərini buna misal gətirmək olar. İdlib əyaləti və ətrafı əsasən bu iki qruplaşma arasında bölüşdürüldüyündən, onların tabeçiliyində olan qruplar da bir-birinin canına düşürdülər.

 

SİHMQ bildirir ki, son 3 ayda bu təşkilatlar arasında irimiqyaslı döyüşlər olmasa da qarşıdurma yeni mərhələyə keçib. Mənbə bildirir ki, son 3 ayda tərəflər bir birinin 54 komandirini və tanınmış fəallarını terror edibər. Terror edilənlər də əsasən xaricdən gələn və qruplaşmalar çərçivəsində faliyyət göstərənlərdir.

 

Qeyd edək ki, Suriya Ordusu yeni başladığı Qunaytara əyalətində də sürətlə irəliləməkdədir. Cənubun azad edilməsindən sonra İdlibin hədəf obyekdə olacağı deyilir. Suriyanın yüksək siyasi mənbələri və ordusunun hərbi mənbələri bildirir ki, Bəşər Əsəd və eləcə də onlara dəstək verən Rusiya və İran ölkədə heç bir bölgənin qruplaşmalar nəzarətində qalmasına razı deyillər, ona görə də növbəti hədəf çox ehtimalla radikal qruplaşmaların qarşıdurmada olduğu İdlib olacaq.

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده