خبرگزاری شبستان

یکشنبه ۷ آذر ۱۴۰۰

الأحد ٢٣ ربيع الثاني ١٤٤٣

Sunday, November 28, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, July 16, 2018 Xəbər kodu : 34184
Məhdəviyyət üzrə ustad və tədqiqatçının Şəbistanla müsahibəsi
Kəramətdən uzaqlaşdıqca zühurdan da uzaqlaşırıq
Höccətül-islam Fuadiyan kəramət və kərimcəsinə xidmət ilə müntəzir həyat tərzi arasında əlaqə yaratmağın yollarına toxunaraq, dedi: İntizar və kəramət arasında məntiqi bir əlaqə vardır. Kəramətdən nə qədər uzaqlaşsaq, zühura zəmin yaratmaqda bir o qədər uzaqlaşırıq.

Məhdəviyyət üzrə ustad və tədqiqatçı Höccətül-islam Məhəmməd Rza Fuadiyan İmam Zamanın (ə) dünyəvi hakimiyyətinin Kərim dövlət kimi məşhurlaşmasının səbəbini Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin müxbirinə belə açıqladı: İmam Zamanın (ə) hakimiyyətinin xüsusiyyətlərini açıqlamayan hədislərdə deyirilir ki, bu dövlətdə insanlara çoxlu bəxşiş və hədiyyələr veriləcək. Kəramət də bağışlamaq və bəxşiş etmək mənasını verir. Allah-taala bir çox fəziləti kərəm etmişdir. Quran da kərim kitabdır.

 O, sözünün davamında dedi: Cəbrailə də kərim elçi deyilir. Çünki vəhy ayələrini Peyğəmbərə (s) bağışlamışdır. İslam peyğəmbərinə (s) də kərim deyilir. İmam Zaman (ə) da fəzilət və kəramət ailəsindəndir.

Fuadiyan dedi: Bu vəziyyət  zühur əsrində də davam edəcək. Həzrət İmam Zaman (ə) insanlara bəxşiş edəcək. Bu gün bəzi xas insanlar dünyanın bütün var-dövlətini yeyir. İnsanları haqq və hüquqları təmin olnur?

 İnsanın dəyər və kəraməti təqva ilə ölçülür

Məhdəviyyət üzrə ustad və araşdırmaçı zühur əsrinin ədalət və hamıya bağışlamaq dövrü olduğunu vurğulayarq, dedi: Buna görə də duada oxuyuruq: İlahi! Bizim o kərim dövlət meyl və rəğbətimiz var. Önəmli budur ki, o dövlətdə dəyər və kəramət insanın təqvası ilə ölçülür. Necəki Quranda buyurulur: “Allah yanın təqva sahibləri dəyərli və üstündürlər.”

Çünki insan xeyirli və bərəkəti qazandan üçün insanlıq və din baxımdan ləyaqətli olmalıdır.

http://shabestan.ir/detail/News/716149

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده