خبرگزاری شبستان

سه شنبه ۶ فروردین ۱۳۹۸

الثلاثاء ٢٠ رجب ١٤٤٠

Tuesday, March 26, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, July 16, 2018 Xəbər kodu : 34182

Həzrət Yəhya (ə) və Həzrət İsanın (ə) adları eyni mənanı daşıyır
Tarixin yazdığına görə Həzrət Yəhya (ə) Həzrət İsadan (ə) 6 ay böyük olmuşdur. İnsanların arasında zahidliyi və təqvası ilə məşhur olmuşdur. Xalası oğlu İsaya (ə) xüsusi məhəbbəti olmuşdur.

 

Allah Təala Qurani-Kərimdə buyurur: “Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyüyü və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir»”. (“Ali-İmran” 39).

 

O zaman ki, Zəkəriyya (ə) namaz üçün mehrabda dayanır, mələklər ona səsləndilər: “Allah sənə Yəhya (ə) adlı övladla müjdə verir ki, Həzrət İsanı (ə) təsdiq edəcəkdir. O, seyyiddir, sərvərdir, saleh peyğəmbərlərdəndir”.

 

Tarixin yazdığına görə Həzrət Yəhya (ə) Həzrət İsadan (ə) 6 ay böyük olmuşdur. İnsanların arasında zahidliyi və təqvası ilə məşhur olmuşdur. Xalası oğlu İsaya (ə) xüsusi məhəbbəti olmuşdur. Maraqlısı budur ki, həm “Yəhya” və həm də “İsa” sözlərinin mənası eynidir və hər ikisi də “sağ qalan” deməkdir. (Tebyan)

 

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

 

1. Pak qəlbdən edilən dualar qəbul olar.

 

2. Keçmiş dinlərdə də namaz olmuşdur.

 

3. Məscidin mehrabı xüsusi müqəddəsliyə malikdir.

 

4. Namaz, mələklərin nazil olduğu yerdir.

 

5. Allahın iradəsi hər şeyə qalib gələr, ata və anasının qoca olmasına baxmayaraq, Allah onlara övlad nəsib edir.

 

6. Bəzi insanların adını Allah özü qoymuşdur.

 

7. Övlad, Allahın nemətlərindəndir.

 

8. Allah hər kəsin gələcəyindən xəbərdardır.

 

9. İffət və pak ətəkli olmağı Allah mədh edir.

 

/Deyerler.org/

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده