خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Monday, July 16, 2018 Xəbər kodu : 34178

Fatir surəsi
Qurani-Kərimin 35-ci surəsində yer alan “Fatir” surəsi 45 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Bəzi təfsir alimləri onun 29-cu və 32-ci ayələrinin Mədinədə nazil olduğunu qeyd etsələr də, əlimizdə bu istisnaya aydın dəlil yoxdur.

Qurani-Kərimin 35-ci surəsində yer alan “Fatir” surəsi 45 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Bəzi təfsir alimləri onun 29-cu və 32-ci ayələrinin Mədinədə nazil olduğunu qeyd etsələr də, əlimizdə bu istisnaya aydın dəlil yoxdur. Bu surə “fatir” (yaradan) və “məlaikə” (mələklər) sözləri ilə başlandığı üçün “Fatir” və yaxud “Məlaikə” adlandırılmışdır. Surənin 1-ci ayəsində belə buyurulur:

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

“Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri elçi edən Allaha həmd olsun! (Allah) yaradılışda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!”

“Fatir” surəsi Məkkədə nazil olduğundan, Məkkədə nazil olmuş surələrin möhtəvasını daşıyır və surədə əsas etibarilə, tövhid vəşirklə mübarizə, nübüvvәt və peyğəmbərlərin dəvəti, mәаd və qiyamət günü günahkarların acı taleyi, eləcə də, Rəbbin nemətləri хüsusi vurğulаnır.

Ümumiyyətlə, “Fatir” surəsinin möhtəvasını beş hissədə xülasə etmək olar:

1. Bu surənin ən mühüm hissəsi Allahın varlıq aləmindəki nişanələri və tövhid dəlillərinə həsr olunmuşdur.

2. Rəbbin idarəçilik sistemindən, Onun xaliqliyi və ruzi verməsindən, insanın torpaqdan yaranması və təkamül mərhələsindən söz açılır.

3. Məad, axirətdə əməllərin nəticələri, Allah-Taalanın bu dünyada geniş mərhəməti və Onun məğrur insanlarla bağlı qəti sünnəsindən danışılır.

4. Bir qisim ayələrdə peyğəmbərlərin rəhbərlik məsələsi, onların inadkar düşmənlərlə yorulmaz mübarizəsi vuğulanır və bu zəmində İslam Peyğəmbərinə (s) təsəlli verilir.

5. Sonda ilahi moizə və nəsihətlərə yer verilməklə keçmiş bəhslər təkmilləşdirilir. (“Təfsiri-nümunə”, 18-ci cild, səh.160-162.)

“FATİR” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ المَلائِکَةِ دَعَتهُ یَومَ القِیامَةِ ثَلاثَةُ أبواب مِنَ الجَنَّةِ أنِ ادخُل مِن أىِّ الأبوابِ شِئتَ

“Hər kim “Məlaikə” (Fatir) surəsini oxusa, qiyamət günü behiştin üç qapısı onu özünə tərəf dəvət edərək, hansı qapıdan daxil olmaq istəyəcəyini bildirər.” (“Məcməul-bəyan”, “Farir” surəsinin təfsirinin başlanğıcı.)

(Hədisdə göstərilən üç qapıda məqsəd, ola bilsin ki, “tövhid”, “məad” və “İslam Peyğəmbərinin (s) risaləti” adlı qapılardır.)

2. İmam Sadiq (ə) buyurmuşdur:

2. مَنْ قَرَاَ الْحَمْدَیْنِ جَمِیعاً، سَبَا وَ فَاطِر، فِی لَیْلَه لَمْ یَزَل لَیْلَتُهُ فِى حِفْظِ اللَّهِ تَعالى وَ کِلَاءَتِهِ فَاِنْ قَرَاَهُمَا فِى نَهَارِهِ لَمْ یُصِبْهُ فِى نَهَارِهِ مَکْرُوهٌ وَ اُعْطِىَ مِنْ خَیْرِ الدُّنْیَا وَ خَیْرِ الآخِرَهِ مَا لَمْ یَخْطُرْ عَلَى قَلْبِهِ وَ لَمْ یَبْلُغْ مُنَاهُ

“Hər kim“Həmd”lə (Əl-həmdu lillah ilə) başlayan “Səbə” və “Fatir” surələrini gecə vaxtı oxuyarsa, həmin gecəni Allah-Taalanın pənahında qorunar və əgər həmin surələri gündüz vaxtı oxuyarsa, xoşagəlməz hadisə ilə üzləşməz, ona qəlbindən keçməyən, fikrinə belə gəlməyən dünya və axirət xeyri əta olunar.” (“Məcməul-bəyan”, Səbə” surəsinin təfsiri, 8-ci cild, səh.375; “Təfsiri-nümunə”, 18-ci cild, səh.162-163.))

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده