خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, July 16, 2018 Xəbər kodu : 34170

Ayətullah Xamenei: İqtisadiyyatın yol xəritəsinin hazırlanması zəruridir
Şəbistan Xəbər Agentliyi: İslam İnqilabının Böyük Rəhbəri İran hökumətinin lazımi tədbirlər görməklə problemlərin öhdəsindən gələ və ABŞ-ın fitnələrini zərərsizləşdirə biləcəyini deyiblər.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran  İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər, o həzrətin dəvəti ilə baş tutan ölkə prezidenti və nazirlər kabinetinin üzvləri ilə görüşdə İran prezidentinin Avropada sərgilədiyi mövqeyi qətiyyətli adlandırıb və deyiblər: Əcnəbilər, xüsusilə də ABŞ qarşısında güc mövqeyindən çıxış etmək zəruri məsələdir və bu addım vaxtında, qətiyyətli və aydın formada atılmalıdır.

 

Həzrət Ayətullah Xamenei ölkənin daxili potensiallarından istifadə edərək, problemlərin həlli məsələsinin ciddi şəkildə izlənilməsinə təkid edərək, deyiblər: Avropalı tərəflər nüvə anlaşması ilə əlaqədar lazımi zəmanətlər verməyə borcludurlar. Amma, ölkə iqtisadiyyatı bu məsələnin əsiri olmamalıdır.

 

İnqilab Rəhbəri həmçinin, xarici diplomatiya və əlaqələrin hər gün daha artıq genişləndirilməsini zəruri adlandırıb və deyiblər: ABŞ kimi müstəsna halları saymamaq şərti ilə, İranın Şərq və Qərb ilə əlaqələri gücləndirilməli və xarici diplomatiya məqsədyönlü şəkildə aktivləşdirilməlidir.

 

O həzrət həmçinin, səbatlı iqtisadiyyatın yol xəritəsinin hazırlanmasını zəruri adlandırıb və deyiblər: Əgər iqtisadiyyat üçün yol xəritəsi hazırlanarsa, xalq və iqtisadçılar üzərlərinə düşən vəzifədən agah olar və sabitlik hissi ilə hökumətə yardım edərlər.

 

http://shabestan.ir/detail/News/716101

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده