خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Thursday, July 12, 2018 Xəbər kodu : 34107

Quranın “Həsunə ulaikə rəfiqən” cümləsindən məqsədi nədir?
Qurani-kərimdə İmam Zamana (ə) aid kifayət qədər ayə nazil olunub. Bu ayələrdə İmam Zamanın (ə) müxtəlif xüsusiyyətləri, dünyəvi dövləti və sair açıqlanır. Bu ayələrdən biri də mübarək Nisa surəsinin altımış doqquzuncu ayəsidir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi xəbər verir: Qurani-kərimdə Məhdəviyyət və İmam Zamanın (ə) ideal dövlətinə aid və yer üzünün vasirlərinin salehlər və layiqli insanlar olacağı haqda çoxlu ayələr buyurulmuşdur. Bu ayələrdən biri də mübarək Nisa surəsinin altımış doqquzuncu ayəsidir:

وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاء وَالصَّالِحِينَ وَحَسُنَ أُولَـئِكَ رَفِيقً

 

Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır.

Ayənin nazil olma səbəbi:

 

Peyğəmbərin (səlləllah əleyhi və alihi və səlləm) səhabələrindən biri (Soban adlı səhabə) Həzrəti (səlləllah əleyhi və alihi və səlləm)  çox sevirdi və Ona daim məhəbbət göstərirdi. Bir narahat və pərişan halda Peyğəmbərin (s) hüzurna gəldi. Peyğəmbər (səlləllah əleyhi və alihi və səlləm) ondan narahatlığının səbəbini soruşdu. O cavabında dedi: Sizdən uzaqlaşanda və size görməyəndə narahat oluram. Bu gün belə fikir məni narahat etdi ki, qiyamət günü mən cənnətdə olsam da sizin məqamınızda olmayacaq. Buna görə də size heç vaxt görə bilməyəcəm. Əgər cənnətdə olmasa da vəziyyətim məlumdur. Buna görə də hər bir halda sizing görüşünüzdən məhrum olacaq. Buna görə narahatlıq keçiriməyib, nə edim?!

Sonra yuxarıdak ayə nazil oldu və belə şəxslərə müjdə Verdi ki, Allaha müti olan insanlar cənnətdə də peyğəmbərlər və seçilmişlərlə birlikdə olacaqlar. Sonra Peyğəmbər (s) buyurdu: Məni özündən, ata və anasından və bütün qohumlarından çox istəməyən və mənim sözlərimə təslim olmayan müsəlmanın imanı kamil olmaz. (Nümunə təfsiri)

Ayənin təfsiri:

Hüzeyfə ibn Yəman deyir: Yuxarıdakı ayə nazil olanda Peyğəbmərin (s) hüzuruna getdim və soruşdum: Ayədə adları çəkilən şəxslər kimlərdir?

Buyurdu: “Minən-nəbiyyin əlləzinə ənməllah əleyhim” cümləsindən məqsəd mənəm. Mən peyğəmbərlərin əvvəli və sonuyam. “Siddiqin” sözündən məqsəd Əli ibn Əbitalibdir (ə). Allah məni peyğəmbər seçəndə məni ilk təsdiq edən Əli oldu. “Şühəda” sözündən məqsəd Həmzə seyyidüş-şühəda və Cəfər Təyyardır. Onlar da məni ilk təsdiqləyən insanlardan  idilər. “Salihin” sözündən məqsəd Həsən və Hüseyn (ə) cənnət cavanlarının ağaları. “Həsunə ulaikə rəfiqən” cümləsindən məqsəd isə Mehdi və Onun zamanəsidir. (Şəvahidut-tənzil təfsiri, c 1)

http://shabestan.ir/detail/News/715137

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده