خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Thursday, July 12, 2018 Xəbər kodu : 34106
Əlborz ostanının Mehdi mövud (ə.c) mərkəzinin təşəbbüsü ilə
Məscid mərkəzlərinin qısa müddətli Məhdəviyyət kurslarına ev sahibliyi
Əlborz ostanının Həzrət Mehdi mövud (ə.c) mədəni mərkəzinin təlim işləri üzrə müavini bu mərkəzin yay tətillərindəki proqramlarını elan edərək, bildirdi: Bu kurslarda iştirak etmək istəyənlər Mordad ayının ortalarında ostanın məscidlər mərkəzində və müsəllasında keçirilən qısa müddətli Məhdəviyyət kurslarında iştirak edə bilərlər.

 Əlborz ostanının Mehdi mövud (ə.c) mərkəzinin təlim və tərbiyə işləri üzrə müavini Seyid Mohsin Əmini Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin müxbirinə verdiyi müsahibədə uşaqların və gənclərin boş vaxtlarında Məhdəviyyət proqramlarının təsirli olmağını vurğulayaraq, dedi: Həqiqət budur ki, bu gün bizim cəmiyyətimizdə indiyə qədər Məhdəviyyət sahəsində fəaliyyət göstərə bilən insanlar bu sahədə həqiqi mənada lazımi fəaliyyətləri göstərməyiblər.

 O, davam etdi: Məhdəviyyət mövzuları köklü və əsaslə məsələlərdən təşkil olunub. Buna görə də bu mövzuları dəqiqliyi ilə insanlara təqdim etməliyik. Buna baxmayaraq bu yolda addımlamağın bəzi şərtləri vardır. Eyni zamanda düşmən tam gücü ilə bizim qarşımızda dayanıb. Uzun və qısa müddətli proqramları var və onları dəstəkləyir.

Əmini bildirdi ki, bizim düşmənlə mübarizə etmək üçün gücümüz azdır. Bizim düşmənlə mübarizə etməyə gücümüz az olsa və imkanlarımız kifayət qədər olmasa da və yavaş addımlasaq da amma keçən illərə nisbətən fəaliyyətlərimizin keyfiyyəti çoxalıb. Məsələn: “Məhdəviyyət çərşənbə axşamları” və “Mehdi məhəbbəti” proqramları.

http://shabestan.ir/detail/News/715145

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده