خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Thursday, July 12, 2018 Xəbər kodu : 34105
Kermanşah Mehdi mövud (ə.c) mədəni mərkəzinin müdirinin Şəbistana müsahibəsi:
Məhdəviyyət fəaliyyətləri ən az büdcə və imkanlarla icra olunur
Məhdəviyyət fəaliyyətlərinin dəstəyə ehtiyacı vardır. Buna baxmayaraq, pul və imkanları olan müəssisə və təşkilatlar Məhdəviyyət sahəsində fəaliyyət göstərmirlər. Ya da proqramları məqsəd yönlü deyil. Bu işləri görmək istəyən insanlarda isə çox az imkan vardır.

Kermanşah Mehdi mövud (ə.c) mədəni mərkəzinin müdiri Behruz Himməti Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin müxbirinə verdiyi müsahibəsində Məhdəviyyət fəaliyyətlərinin dəstəyə ehtiyacı olduğunu bildirərək, dedi: Buna baxmayaraq, pul və imkanları olan müəssisə və təşkilatlar Məhdəviyyət sahəsində fəaliyyət göstərmirlər. Ya da proqramları məqsəd yönlü deyil. Bu işləri görmək istəyən insanlarda isə çox az imkan vardır.

 O, Məhdəviyyət fəaliyyətləri və proqramlarını keçirməyin müşküllərinə işarə edərək, dedi: Mərkəzin bu proqramlarını icra etmək üçün müxtəlif insanlarla görüşməliyik və müzakirə aparmalıyıq ki, bir addım ata bilək. Halbuki bir çox təşkillatların yaxşı imkanları vardır. Amma bu mədəni hədəflərin gerçəkləşməsi üçün heç bir addım atmırlar.

 Himməti dedi: Bu il yay tətillərində təlim və tərbiyə nazirliyinə, universitetlərə və digər təşkilatlara elan etmişik ki, şübhələr cavab kursları təşkil etməyə hazırıq. Amma bu proqramı dəstəkləyən çox azdır. Buna baxmayaraq, bütün probemlərlə yanaşı bu həftə Sənqər rayonunun mübəlliğləri üçün üç günlük kurs təşkil edəcəyik.

 Kermanşah Mehdi mövud (ə.c) mədəni mərkəzinin müdiri Behruz Himməti dedi: Şənbə günü dövlət iradələri və təşkilatlarının işçiləri üçün İmam Zaman (ə) hakimiyyəti haqda kurslar keçirməyi planlaşdırmışıq.

http://shabestan.ir/detail/News/715198

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده