خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, July 12, 2018 Xəbər kodu : 34103
Məhdəviyyət üzrə ekspert Şəbistana açıqlama verdi:
İffət və hicabın müntəzirlərə töhfəsi
Mehdi inancı cəmiyyəti həya və iffətə bağlayır. Əgər əqidəmiz zəif olsa, əxlaqda uzaqlaşırıq. İmam Zamana (ə) etiqad və Həzrətlə dostluq etmək, bizi əxlaqa riayət etməyə vadar edir. Hicab əxlaqın bir nümunəsidir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin müxbiri xəbər verir:  “Ümumiyyətlə həya, iffət və hicab arasında bağlılıq yarada bilən mövzilardan biri də Mehdi  inancıdır. . Əgər əqidəmiz zəif olsa, əxlaqda uzaqlaşırıq. İmam Zamana (ə) etiqad və Həzrətlə dostluq etmək, bizi əxlaqa riayət etməyə vadar edir. Əxalqlardan biri də dinin zahiri örtüyü  olan  hicabdır.”

 Bu cümlələr Qum İxtisaslaşmış Məhdəviyyət mərkəzinin doktorunturasının tələbəsi (son simestrinin tələbəsi) İbrahim Abdullahinin  cümlələrinin bir hissəsi idi. O, tərbiyə üzrə mütəxəssisdir və indiyə qədər çoxlu məqalələr yazmışdır. “Uşaqlarda Mehdi inancı” əsəri də onun əsərlərindəndir. Bu əsər bu yaxınlarda işıq üzü görüb. İndi isə “İffət və hicab günü” münasibəti ilə onunla apardığımız müsahibəni sizlərə təqdim edirik:

 On iki iyul dövlət təqvimində “İffət və hicab” günü adlandırılmışdır. Siz bir Məhdəviyyət üzrə araşdırma aparan alim olaraq, hicabın müntəzir cəmiyyətdəki yeri necə açıqlaya bilərsiz?

Hicabın əsil mənalarından biri də örtükdür. Bunun əsas mənalarından biri də “Həya”-dır. Bizim etdiyimiz səhvlərdən biri də budur ki, əvvəl zahiri örtüyün sorağına gedək. Halbuki həyanın sorağına getməliyik. Həya, yəni insan həyatında möhtərəm saydığı şeylərə sayqı göstərsin. Buna görə də hicabın əsas bəhslərindən biri də həyadır. Həya bizi mürtəkib ola biləcəyimiz bir çox günahlardan saxlayır.

http://shabestan.ir/detail/News/715396

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده