خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, July 12, 2018 Xəbər kodu : 34102

Tehrandan Putinə mesaj
Şəbistan Xəbər Agentliyi: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin iyulun 12-i Rusiyaya edəcəyi səfərə dair açıqlamalar verib.

Əli Əkbər Vilayəti ali dini rəhbərin və prezidentin mesajlarını Putinə çatdıracaq

 

Şəbistan Xəbər Agentliyi İRNA-ya istinadən xəbər verir ki, Ə.Ə.Vilayətinin yüksək səviyyəli bir heyətə başçılıq edərək, Moskva və sonra da Pekinə gedəcəyini bildirən Qasımi, belə danışıb: “Cənab Ə.Ə.Vilayəti Rusiya səfərində ali dini rəhbər və prezidentin mesajlarını Vladimir Putinə təqdim edəcək. Bu səfər çox mühümdür. Çünki Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq nüvə müqaviləsi danışıqları prosesində digər ölkələrlə birlikdə çox səy göstərmişdir”.

 

Qasımi nüvə müqaviləsi və ABŞ-ın bu müqavilədən çıxması qərarının da Ə.Ə.Vilayətinin Moskvada keçirəcəyi görüşlərdə müzakirə olunacağını açıqlayıb.

 

http://shabestan.ir/detail/News/715277

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده