خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 11, 2018 Xəbər kodu : 34099
Ayətullah Siddiqi
Bəşərin səadəti həmkarlığa bağlıdır
Şəbistan xəbər agentliyi: Tehranın müvəqqəti İmam cüməsi bəşərin səadətində həmkarlığın önəmli bir əsas olduğuna işarə edərək dedi: Məsullar bütün siyasi işlərdə birliyi nəzərə almalıdırlar.

Şəbistan xəbər agentliyinin ictimai bölümünün jurnalistinin verdiyi xəbərə əsasən, Tehranın müvəqqəti İmam cüməsi və Vəliyyi Fəqihin nümayəndəsi Ayətullah Kazim Siddiqi sosial zərərlərin tənzimlənməsi və idarə edilməsi və  baş qərargahın iclasında dedi: İşlərinizdə tələsin. Bu günün işini sabaha qoymayın. Bu gün tez iş görmək zamanıdır. Yalnız danışmaq zamanı deyil.

O, qeyd etdi ki, bu günkü məsullar zati və qeyri zati ürəkyanmaqla ayılıblar. Cəmiyyətin problemlərini başa düşməlidirlər. İşini görməyi bacarmayan hər bir şəxs Allahın razılığına xatir kənara çəkilməlidir.

O, bəşərin səadəti barədə Quran qaydalarına işarə edərək dedi: Peyğəmbərlərin dünyada qələbəsinin sirri iman və inanc olmuşdur. Peyğəmbərin (s) söylədiyi sözlərə inancı var idi. Başqaları onun dediklərinə əməl etmədən qabaq özü onlara əməl edirdi.

O, Peyğəmbərin (s) Mədinədə 13 il camaatı Allaha inanmağa dəvət etdiyinə işarə edərək dedi: Əsas qüdrət sahibi Allahdır. İdarəçilikdə müvəffəq olmaq üçün imanlı olmaq lazımdır.

Vəliyyi Fəqihin nümayəndəsi bildirdi ki, Bəşəriyyətin səadətə yetişməsindəki ikinci qayda mövcud imana əməl etməkdir. Din yalnız şüarı qəbul etmir. Çünki Peyğəmbərə (s) göstəriş verib camaata desin ki, əməl etsinlər.

O, bəyan etdi ki, bəşərin səadətə yetişməsindəki digər bir qayda əməlin keyfiyyətli olmasına diqqət etməkdir.    

Tehranın müvəqqəti İmam cüməsi bəşərin səadətində həmkarlığın önəmli bir əsas olduğuna işarə edərək dedi: Məsullar bütün siyasi işlərdə birliyi nəzərə almalıdırlar.

http://shabestan.ir/detail/News/715350

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده