خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 11, 2018 Xəbər kodu : 34098

DTX Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayını açıqladı
Suriyaya - münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı min nəfərdən çox olub.

Suriyaya - münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı min nəfərdən çox olub.

Şabistan.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib.

S. Mahmudov deyib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub:

“Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə məxsus kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğatı buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan çox oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı.

Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Nəticədə bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır”.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده