خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Wednesday, July 11, 2018 Xəbər kodu : 34094

Təvəkkül edən insan, bu 7 səmərəni əldən verməz
İslam maarifində təvəkkülün xüsusi yeri vardır. Çünki Allah təvəkkül edən insana həm maddi və həm də mənəvi mənfəətlər əta edər, təvəkkül insanı Allaha yaxınlaşdırar.

İslam maarifində təvəkkülün xüsusi yeri vardır. Çünki Allah təvəkkül edən insana həm maddi və həm də mənəvi mənfəətlər əta edər, təvəkkül insanı Allaha yaxınlaşdırar. (İslami saytlara istinadən)

 

Təvəkkülün insana verdiyi səmərə ilə tanış olaq.

 

1. Təvəkkülün insana gətirdiyi faydalardan biri budur ki, həmin şəxs Allahın məhbubuna çevrilər“Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159). Allah sevdiyi bəndəsini heç bir zaman tək qoymaz. Bəla və çətinliklərdə dadına çatar və onu xilas edər. Əgər həqiqətən Allah bəndəsini sevərsə, Allah ona kifayət edər. Həm bu dünyada və həm də axirətdə onu tək qoymaz.

 

2. İnsanın mətanəti əmələ gələr. Təvəkkül edən insanda mətanət meydana gələr. Çətinliklərə qarşı mübarizə ruhu dirçələr və daha güclü olmağa səy göstərər. Çünki bilir ki, güclü dayağı vardır. Bu sayədə düşməninə qalib gələ bilər.

 

3. İnsanın işlərini islah edər. O kəs ki, öz ixtiyarını Allaha verər və ancaq Ondan istəyib, ancaq Ona söykənərsə, Allah da gündəlik işlərində yaranan çətinlikləri aradan qaldırmaqda ona yardım edər və yol açar. Allah belə bir insana kəfil olar. Çünki bütün istəklərini kənara qoymuş və Allahın istəyini üstün tutmuşdur.

 

4. İnsana maddi və mənəvi ruzi əta edər. Təvəkkülün insan üçün gətirdiyi faydalardan biri də ona həm maddi və həm mənəvi nemətlərin verilməsidir. “Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”. (“Təlaq” 3).

 

5. Allahın himayəsində olar. Təvəkkül edən insan daima Allahın himayəsində olar. Ən həssas anlarda onun sorağına gələr və düşmənlərinin onun üçün hazırladığı fitnələrin üstünü açar və onları zərərsizləşdirər. “Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər”. (“Maidə” 11).

 

6. Allahın fəzlindən faydalanar. Təvəkkülün bəndə üçün gətirdiyi faydalardan biri də budur ki, hər zaman Allahın fəzl və rəhmətindən bəhrələnər. “Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir»”. (“Ali-İmran” 173).

 

7. Şeytanın (lən) zərərini dəf edər. Allah sevdiyi insanı şeytandan qoruyar və onun şərini dəf edər. Təvəkkül edən insan da Allahın məhbubu olduğu üçün, bu fəzilət ona da şamil olar. Qurani-Kərim şeytandan xilas olmağın yolunu Allaha təvəkkül etməkdə görür: “Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı şeytandandır. Halbuki, (Şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər”. (“Mücadilə” 10).

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده