خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Wednesday, July 11, 2018 Xəbər kodu : 34093

Qeysərin sualına Peyğəmbərimizin (s) sadə izahı
Qeysər həmin məktubda yazmışdı: “Sən, ey Peyğəmbər (s)! Məni elə behiştə dəvət edirsən ki, səmadan və yerdən gizlidir. Əgər belədirsə, bəs cəhənnəm haradadır?”

Yəli ibni Əbi Əmr nəql edir: “Şam şəhərində səfər edən bir qoca kişini gördüm. O, mənə dedi: “Mən Roma padşahı Qeysərin məktubunu çatdıranam. O, Peyğəmbərə (s) bir məktub yazmışdı və mənə vermişdi. Mən də Həzrətə (s) çatdırmaq üçün Mədinə şəhərinə gəldim. Məktubu Peyğəmbərə (s) verdim.

 

Qeysər həmin məktubda yazmışdı: “Sən, ey Peyğəmbər (s)! Məni elə behiştə dəvət edirsən ki, səmadan və yerdən gizlidir. Əgər belədirsə, bəs cəhənnəm haradadır?”.

 

Həzrət Peyğəmbər (s) məktubun cavabında buyurdu: “Sübhənallah! Allah pak və ucadır. O zaman ki, gündüz gələr, bəs gecə hara gedər?””. (İslami saytlara istinadən)

 

Beləliklə, əziz Peyğəmbərimiz (s) çox sadə bir yolla bədihi həqiqətləri bəyan etmişdir.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده